AktualAktualArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Daxili İşlər Naziri: Azərbaycan Respublikası prezidentinin açıqlamaları bir növ böhran yaratmaqdır

 

Əhməd Vəhidi:  Azərbaycan Respublikası prezidentinin açıqlamaları nə yaxşı qonşuluq prinsipinə, nə də düzgün siyasətçiliyə uyğundur , eyni zamanda bir növ böhran yaratmaqdır və biz daha çox qonşu ölkələrin münasibətlərini pozmaq ardınca olan digər əllər in ola biləcəyindən narahatıq. 

Qafqaz Həqiqətləri “Puya Jurnalistlər Klubu”  na istinadla xəbər verir ki, Əhməd V ə hidi,  Narkotik Maddələrlə Mübarizə Strate ji Çevrilmə Proqramı Prosesi  ixtisaslı konfransdan sonra Azərbaycan Respublikası prezidentinin “30 il müddətində Ermənistan İranın köməyi ilə Avropaya narkotik maddələr daşıması” kimi əsassız açıqlamasına toxunaraq deyib: “Bu sözləri dünyada heç kim təsdiq etmir. Rəsmi statistikalara görə, dünyada narkotik maddələrin aşkar edilməsinin 90% -i İran İslam Respublikası tərəfindən həyata keçirilir. Halbuki, bəzi iddialı ölkələrin payı bu kəşflərdə 1 faizdən də aşağıdır.”

Daxili İşlər Naziri əlavə edib: “Belə bir iddia yaxşı deyil, nə yaxşı qonşuluq prinsipinə, nə də düzgün siyasətçiliyə uyğundur, eyni zamanda bir növ böhran yaratmaqdır və biz daha çox qonşu ölkələrin münasibətlərini pozmaq ardınca olan digər əllərin ola biləcəyindən və bunun üçün belə bir vəziyyət formalaşdırmalarından narahatıq . 

Vəhidi qeyd edib ki, İran İslam Respublikasının narkotik maddələrlə mübarizə  indiyə qədər 3 mindən çox şəhidi və 12 mindən çox qazisi və milyardlarla xərcləri olmuşdur, bunun qarşısını almaq və digər yerlərə köçürülməməsi üçün sinəsini sipər etmişdir. Ona görə də ümid edirik ki, həqiqəti əks etdirməyən açıqlamalarına düzəliş verəcəklər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button