ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Daha bir siyasi məhbus aclıq aksiyasına qoşulub

İyunun 3-dən başlanan aclıq aksiyasına siyasi məhbus Elşən Abbasov da qoşulub. Bu barədə məlumatı Operativ.tv-yə onun yaxınları verib. Onların bildirdiyinə görə siyasi məhbus aclığa iyunun 18-dən başlayıb. Elşən bu barədə cəza çəkdiyi müəssisənin rəhbərliyinə yazılı bildirərək aclığını polis idarələrində işgəncə zamanı Allahın təhqir olunmasına etiraz olaraq əsaslandırıb. O, günahkarların cəzalanması tələbi ilə aclıq edir.

Xatırladaq ki, iyunun 3-də ilahiyyatçı Tale Bağırzadə aclıq aksiyasına başlayıb. O, bu addımına səbəb olaraq polis idarələrində işgəncələr zamanı Allahın təhqir ounmasını göstərib. Bağırzadə bu əməlin günahkarları cəzalanmayacağı təqdirdə aclığı davam etdirəcəyi əzmindədir. Bu gün onun başlatdığı aclıq aksiyasının 18-ci günüdür və Tale Bağırzadədən sonra həbsxnada və azadlıqda aclığa qoşulanlar olub.  

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button