ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Daha bir MBH üzvü oğurlanıb

Müsəlman Birliyi Hərəkatının üzvü Nicat Əliyevdən ailəsi heç bir xəbər öyrənə bilmir. Dekabrın 1-i günorta radələrindən naməlum şəxslər tərəfindən saxlanılan Nicatın bu dəqiqələrə qədər harada olduğu dəqiqləşməyib. Narahatlıq yaşadığı ailəsi məsələ ilə bağlı DİN-nin 102-xidməti ilə əlaqə saxlasalar da, onlar da bu barədə məlumatsız olduğunu bildiriblər. Nicatın yaxınları isə eyni ssenarini noyabrın 23-də Şahin Qədirov ilə bağlı yaşadıqlarını söyləyir.
 Məlumat üçün deyək ki, 23 noyabr tarixində eyni formada Şahin Qədirov da işdən evə qayıdarkən naməlum şəxslər tərəfindən oğurlanmışdı. Üç gün sonra, noyabrın 26-da Ş. Qədirov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığı və barəsində 234.3.4 maddəsi ilə cinayət işi açıldığı bəlli olmuşdu. Dünən Nicat Əliyevin də eyni formada saxlanılması oxşar ehtimalları üzə çıxarır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button