ArxivXəbər lentiXəbərlər

Sumqayıtda növbəti etiraz aksiyası

Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzində sahibkarlar yenidən etiraz aksiyası keçirir.

Virtual.az saytının verdiyi məlumata görə, sahibkarlar ticarət mərkəzində icarə haqlarının çox olmasına etiraz edirlər. Sahibkarlar bildiriblər ki, hər ay 300 manat icarə haqqı, həmçinin, 90 manat vergi ödəyirlər.

İlkin məlumata görə, aksiyada 100-dən artıq sahibkar iştirak edir.

Əraziyə polis qüvvələri cəlb edilib. Hazırda ticarət mərkəzin Çevik Polis Alayının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri də “Karvan” ticarət mərkəzindədirlər. Onlar mərkəzin rəhbərliyi və sahibkarların təmsilçiləri ilə danışıqlar aparırlar.

Xatırladaq ki, analoji aksiya artıq bir neçə dəfədir ki, təkrar olunur. Ancaq sözügedən ticarət mərkəzinin rəhbərliyi inadından əl çəkmir. Belə ki, bir neçə dəfə qeyri-rəsmi şəkildə icarə haqlarının aşağı salacağını söz versə də, sonda buna əməl etmir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button