ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ərdəbil və Şərqi-Azərbaycan əyalətlərində hərbi təlimlərə başlayıb

İran İslam İnqilabının Keşikçilər Ordusu (Sepah) Ərdəbil və Şərqi-Azərbaycan əyalətlərində üç günlük hərbi təlimlərə başlayıb.
Qafqaz.ir  xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Ordusunun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, hərbi təlimlər İran İslam İnqilabının Keşikçilər Ordusunun Quru qüvvələrinin iştirakı ilə üç gün ərzində “Araz məntəqəsi”ndə keçiriləcək. Bu hərbi təlimlər Şərqi-Azərbaycan və Ərdəbil əyalətlərinin ərazilərinə şamil edilir.
Məlumata görə Sepah-ın baş komandanı Hüseyn Səlami də bu hərbi təlimləri yaxından izləyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button