Xəbərlər

Fevralın 1-də Beynəlxalq Hicab Günü keçiriləcək

Beynəlxalq hicab günü» hərəkatının qurucusu Nəzmə Xanın çağırışına dünyanın 116 ölkəsindən artıq yüz minlərlə müsəlman qoşulub.

Xan fevralın 1-də keçirilən «Beynəlxalq Hicab Günü» tədbirinə hazırlıq görür. Tədbirə 1 milyondan artıq qadının qatılacağı gözlənilir.
Ötən il N.Xan qeyri-müsəlman xanımlara bir gün hicab geyinməyi təklif edib. Kimsə bu çağırışa sosial eksperiment, kimsə müsəlman mədəniyyətinə və dininə səmimi marağı, kimsə epataj-fərqli görünmək üçün qoşulub.
Onlarla qadın bundan sonra müsəlmanlığı qəbul edib. Bəzi xristan qadınlar isə bundan sonra bir daha başıaçıq gəzməyib.
Keçən ilki tədbirdən sonra Arizona ştatından olan Ketrin Van Qompel artıq 6 aydır hicabda gəzir. Amma o, hələ də xristian olaraq qalır.
«Mən bir dəfə də olsun hicabla gəzdiyimə görə pis münasibət görmədim. Əksinə çoxlu kompliment eşidirəm. Sadəcə olaraq sadə və ləyaqətli görünmək istəyirəm. Müdriklik yaşla gəlir. Mənim 51 yaşım var»,- deyə Ketrin bildirib.
Nəzminin sözlərinə görə, onu bu tədbiri keçirməyə məcbur edən uşaqlıq illərinin xatirələri olub. O, məktəbdə oxuyanda ABŞ-da müsəlmanlara münasibət çox pis olub: «Bir zamanlar məktəblilər hərfi mənada mənim üzümə tüpürürdülər, vururdular. Öz məktəbimdə hicablı yeganə qız idim.
Məni Betmen və Nidzya deyə çağırırdılar». /nardaranpiri.com/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button