ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycanda 100 siyasi məhbusun olduğu deyilir

Noyabrın 4-də Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq Azərbaycanda siyasi məhbus saydıqları şəxslərin yenilənmiş siyahısını açıqlayıb.
Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıblar.
Siyahıya 100 nəfərin adı daxil edilib. Onların bundan əvvəlki siyahısı bu il sentyabrın 28-də açıqlanıb və orada 99 ad yer alıb.
E.Həsənov bildirib ki, siyahıda yeni şəxslər var – demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu və dini mahnıların ifaçısı Vüqar Rəsul. Siyahıdan çıxarılan da var.
O.Nərimanoğlu 2022-ci il iyulun 5-də Goranboy, Göygöl rayonlarının Meliorasiya İdarəsinin məmurlarından və həkimlərdən pul tələb etmək ittihamı ilə həbs edilib. Həbsdən sonra o bildirib ki, ittihamlar yalandır, dərc etdirdiyi ifşaedici materiallarda korrupsiya faktlarını açıqladığına görə ona böhtan atılıb.
V.Rəsul isə 2022-ci il iyulun 18-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. Hüquq müdafiəçilərinin məlumatına görə, onun harada olması və ittihamlar barədə ailəsinə iyulun 22-də məlumat verilib. V.Rəsul ittihamları rədd edib. Hüquq müdafiəçiləri hesab edirlər ki, həbsin əsl səbəbi onun dini etiraz mahnıları səsləndirməsi olub.
Siyahıda siyasi məhbus sayılan şəxslər yeddi qrupa bölünüb:
“Tərtər işi”nə 2017-ci ildə dövlətə xəyanət ittihamı ilə tutulanlar, “Gəncə işi”nə isə 2018-ci ildə Gəncə İcra Hakimiyyəti başçısına sui-qəsd olayı və ondan sonra baş verən gərginlikdə məsuliyyətə cəlb edilənlər yer alır. Onlar da ittihamları, əsasən, qəbul etmirlər.
Azərbaycan rəsmilərindən, hələlik, bu siyahıya münasibət almaq mümkün olmayıb.
Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı yoxdur. Hüquq müdafiəçilərinin belə bir neçə siyahıları var. Həmin siyahılarda da say fərqləri mövcuddur.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button