Qadin və hicab

“Ana” adını ucuzlaşdıran açıq-saçıq qadınlar

Yaz fəslinin gəlişi ilə əlaqədar bir qrup qadınlar  geyimləriylə yenə çılpaqlıq nümayiş etdirməyə başladılar. Əslində belə qadınlar ilk növbədə özlərinə hörmətsizlik edirlər. Çünki müqəddəs “ana” adlarını dəyərsizləşdirirlər. Çünki qadın ilk öncə bir anadır. Ana da abır, həya, namus, ismət, tərbiyə, əxlaq və nümunə rəmzidir. Çılpaqlıq, açıq-saçıqlıq anaya yaraşmır. Ananın, qadının dəyərini kiçildir çılpaq geyinmək. Çünki çılpaq geyinən qadın  küçədə rastlaşdığı kişilərin diqqətini çəkir, cinsi hisslərini oyadır. Küçədə hər cür  kişi var və əksəriyyət belə qadınlara baxır və erotik hissləri qabarır. Əlbəttə bu qadın üçün utancverici bir səhnədir. Yəni qadın özünü o günə qoyur ki, hər yanından keçən gözünü ona zilləyir, söz atır və nəhayətdə əxlaqsız təkliflər edir.

Ana olmaq istəməyən qadın da bilməlidir ki, onun bu dünyada 1-ci funksiyası öz yarıyla evlənib səriştəli övladlar tərbiyə etməkdir. Yoxsa tüfeyli həyat keçirib kimlərinsə aləti olmaq üçün gəlməyib bu dünyaya. Əlbəttə belə qadınlar  öz çılpaq geyimləri ilə əxlaqlı və tərbiyəli həmcinslərinə qarşı da hörmətsizlik edirlər. Üstəlik özlərinə bəraət də qazandırırlar ki, mənim ürəyim necə istəyir elə də geyinirəm. Belələrinə başa sala bilmirsən ki, ay bala, sən ürəyinin hər istəyənini ictimaiyyətdə, küçədə, nəqliyyatda,yolda və insanların olduğu digər kütləvi yerlərdə edə bilməzsən. Bunun üçün cəmiyyətdən kənar yerləri seç. Məsələn, evində və digər şəxsi məkanında istədiyin kimi hərəkət et və geyin. Çünki ictimaiyyətin özünəməxsus qayda –qanunları var. Necə ki, ictimai yerlərdə:

–  Alt paltarı ilə çıxıb gəzmirsən

–  Cırıq və köhnə geyimlə ictimaiyyətə çıxmırsan

–  Zəruri tələbatlarını ( tualet və cinsi tələbatlar) açıq-aşkar ödəmirsən

–  Ağzından pis qoxu gələndə dərhal tədbir görürsən ( saqqız və s)

– Yolda tıxac yarananda gözləyirsən və ümumi yol hərəkət qaydalarına tabe olursan

–  Mobil telefonla danışanda sakitcə və etika ilə danışırsan

– Marketdə vəya hərhansı məkanda növbə olanda gözləyirsən  və s.

Deməli ictimaiiyyətin özünəməxsus yazılan və yazılmayan qayda-qanunları vardır. Abırlı geyinmək də bu qəbildəndir. Sadəcə olaraq “müasirlik və demokratiya” adıyla bu “abırlı geyim kodeksi” sıradan çıxarılıb. Çünki dünyanı idarə edən və kütlənin beyinlərini yuyan imperialistlərin silahlarından biri də dünyada “qadın moda aləmi”-dir. Bəli, məhz bu silah cəmiyyətləri,ölkələri məhvə aparır. Fiziki silaha ehtiyac belə qalmır. Səbəb isə bəllidir. İnsanları daha asan idarə etmək. Niyə məhz qadın vasitəsilə?

Çünki bir cəmiyyətin qadınının tərbiyəsi,mənəviyyatı necədirsə, o cəmiyyətin  tərbiyə və mənəviyyatı  da o dərəcədədir. Əgər cəmiyyətdə mənəvi dəyərlər yüksək olarsa, o cəmiyyəti aldada bilməzlər. Ona görə müasir imperialistlər ( ABŞ və İsrail xüsusilə) cəmiyyətləri aldatmalıdırlar ki, öz planlarını həyata keçirsinlər. Ölkələrin torpaqlarını rahat bölə bilsinlər, öz maddi sərvətlərini daha da artırmaqdan ötrü insanları rahat işlədə bilsinlər, qardaş və dost ölkələrin aralarını rahat vura bilsinlər, öz yalanlarını cazibədar bəzəyib dünyaya nümayiş etdirsinlər və s. Yəni insanların başını xırda işlərə qatsınlar ki, özləri böyük işlər görsün. Bu aldatma və düşüncə zəiflətmə vasitələrindən biri də məhz “qadın çılpaqlığınının təbliğatı”dır.

Azərbaycan qadını heç vaxt indiki qədər çılpaq geyinməmişdi. Görünür yavaş-yavaş ağlımızı əlimizdən alırlar. Düşüncələrimizi və beyinlərimizi idarə edirlər. Bu qorxuludur. Bu gedişlə biz düşmənin istəklərini yerinə yetirmiş oluruq. Özümüz də bilmədən. Çünki yetişən növbəti nəsil çılpaq, açıq-saçıq geyinən qızlardan və analardan nə tərbiyə götürəcək? Necə qeyrətli oğullar tərbiyə edə biləcək belə analar?

Qadınların cəmiyyətdə çılpaqlığının cəmiyyətə ziyanları:

– Kişilərdə impatensiya yaradır: Çünki həmin anda cinsi hisslər qabarır, amma bu ehtiyac ödənmir. Bu da impatensiyaya yol açan faktorlardan biri olur.

– Boşanmaların artımına təkan verir: Evli kişi öz xanımını evində həmişə kosmetikalı və cazibədar geyimdə görə bilmir. Küçədə gördüyü çılpaq qadınlar onu daha çox cəlb edir və beləliklə həyat yoldaşından soyuyur. Tədricən tüfeyli həyat keçirir və boşanmağa qədər gəlib çıxır.

 

– Azyaşlı uşaqlara pis nümunə: Məktəbdə, bağçada,univeristetdə və s təlim-tərbiyə yerlərindəki  çılpaq geyimli müəllimələr şagirdlərə pis nümunə olurlar. Yeniyetmədə geyimlə bağlı düzgün təsəvvür oyatmırlar.

 

– Kişilərdə namus və qeyrət hisslərini zəiflədir: Mütəmadi olaraq çılpaq qadınları görən kişi üçün tədricən bu adiləşir. İş yerində, qohumda, qonşuda belə qadınları görən  kişi tədricən öz həyat yoldaşının da belə çılpaq geyinməsinə göz yumur. Bu da əlbəttə qeyrət və namus hissinin zəifləməsinin nəticəsidir.

 

– Abırlı geyinən qadınlara psixoloji təsirlər olur: Abırlı geyinən  bəzi qadınlara belə çılpaq qadınlar təsir edə bilirlər. Tədricən yavaş-yavaş abırlı geyinən bəzi qadınlar üçün də bu adiləşir və onlar da tədricən açıq-saçıq geyinməyə başlayırlar.

 

– Subay qızları evlənməkdən yayındırırlarm: Subay gənc xanımlardan bəziləri belə açıq-saçıq, intensiv iş qadınlarından nümunə götürüb evlənməyi təxirə salırlar. Analıq və övlad məsuliyyəti, həyat yoldaşı ilə fikir ortaqlığı onlara ağır gəlir.

birlik.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button