Aktual

Hacı Tale Bağırovun həbs müddəti uzadıldı

İslamazeri.az İnternet Qəzetinin xüsusi müxbirinin verdiyi məlumata əsasən, bu gün saat 14:00-da Nərimanov rayon məhkəməsində mübariz ruhani Hacı Tale Bağırovun həbs müddətinin uzadılması ilə bağlı məhkəmə iclası keçirilib.

Hakim Hacı Tale Bağırovun 2 ay müddətinə istintaqının uzadılması qərar verib.Nərimanov rayon məhkəməsindən apellyasiya şikayətinin veriləcəyi gözlənilir.

Azadxeber.net saytı bildirir ki, Hacı Tale Bağırov məhkəmədə çıxış edib. Bu barədə Cavad Cavadov bildirib: “Tale Bağırovun həbsdə saxlanma müddəti məhkəmənin qərarı ilə 2 ay da artırıldı. Müstəntiq bilirib ki, narkotik ittihamı ilə bağlı istintaq bitib və bu gün Tale Bağırovun həbsdə saxlanması naməlum ittihamla bağlıdır. Biz də öz çıxışımızda etirazımızı qəti şəkildə bildirdik. Tale Bağırov hakimdən çıxış üçün söz istədi. O çıxışında bildirdi ki, məhkəmənin hər dəfə Cümə gününə təsadüf etməsi Allahın işidir və o bunu İlahi təqdir kimi qəbul edib. Çünki bu gün xütbəyə söyləməyə imkan qazanıb. Tale Bağırov çıxışında bildirdi ki, Müqəddəs Ramazan ayında oruc tutanların hamısının oruc və ibadətlərini Allah qəbul etsin. Hakimiyyət dəfələrlə bildirib ki, din dövlətdən ayrıdır. Bu yaxınlarda Şeyx həzrətləri iftar süfrəsi verib və həmin süfrəyə ancaq iqtidarda olan şəxslər iştirak edib. Müxalifətdən heç kimi iftar süfrəsinə dəvət etməyib. Bizə aydındır ki, bu kimin şeyxidir. Və sonra narkotik ittihamına fikir bildirib. Azərbaycan xalqı üçün dindarları, ruhaniləri narkotiklə şərləmək utancvericidir. Bunun hesabı nə vaxtsa sorulacaqdır. “

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button