ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Ankara, Bakı və Tehran görüşünün hədəfi nədir?

Türkiyəli professor Tehran görüşünə nikbindir

İran, Türkiyə və Azərbaycan rəsmilərinin Tehranda üçtərəfli görüşə hazırlaşması ekspertlər tərəfindən mühüm addım kimi xarakterizə olunur

 Axar.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QafqazSAM) rəhbəri, professor Həsən Oqtay Tehranda keçiriləcək İran-Türkiyə-Azərbaycan üçtərəfli görüşü ilə bağlı deyib ki, bölgədə sülhün və sabitliyin bərqərar edilməsi üçün həm də üçtərəfli görüşlərə çox böyük ehtiyac var və bunu bütün region ölkələri yaxşı anlayır. Bunlardan birincisi Türkiyə, Azərbaycan və Ermənistan, digəri isə Türkiyə, Azərbaycan və İrandır.

Professorun sözlərinə görə, İran bölgədəki proseslərdə iştirakda maraqlıdır:

“İranın proseslərdən kənarda qalması ilə vəziyyəti arzuedilən inkişaf mərhələsinə çatdırmaq çox çətin olduğu üçün Türkiyə, Azərbaycan və İran arasında müzakirələrin aparılması məsələsi gündəmə gəlir. Bu üçtərəfli format İranın da maraqlarına cavab verir. İranın prosesə cəlb edilməsi ilə hamının iştirak etdiyi “sülh platforması”nı formalaşdırmaq mümkündür.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə yanvarın 31-də keçirilən mətbuat konfransında xəbər verib ki, Tehranda İran, Türkiyə və Azərbaycan nümayəndələrinin üçtərəfli görüşü keçiriləcək.

Onun sözlərinə görə, sözügedən görüş yaxın zamanlarda baş tutacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button