Xəbərlər

İranda hüseynçi südəmər körpələrin konfransı keçirilib + Foto

Dünya şiələrinin 3-cü İmamı Həzrət İmam Hüseyn (ə)-ın 6 aylıq körpəsi Həzrət Əli Əsğər (ə)-ın xatirəsinin ehtiramla yad edilməsi məqsədilə İranın hər birində hüseynçi ” Südəmərlər” adlı konfransı keçirilib.

cümə günü ( 8 noyabr) Həzrət Seyidül-Şühəda(ə)-ın südəmər körpəsinin xatirəsinin yad edilməsi məqsədilə İranın hər bir yerində xüsusilə də ölkə məscidlərində və təkiyyələrində analar öz südəmər körpələrini qoynularına alıb Kərbəla səhrasının 6 aylıq Şəhidi Həzrət Əli Əsğər(ə)-ın müsibətlərinə gözyaşı töküblər.

Analar lay-lay bala zümzümələri ilə Həzrət Əli Əsğər(ə)-ın anasının dərdinə şərik çıxıblar.
Həzrət Əli Əsğər(ə)-ın şəhadəti Şəhidlər Ağası Həzrət İmam Hüseyn (ə) və köməkçilərinin məzlumluğunu əyani sübuta yetirən mühüm faktlardan biridir . Zira o həzrət südəmər övladı üçün su tələb edən zaman ” Məlun ” Hərmələ 3 şaxəli bir peykan ilə o məsum körpənin boğazını hədəfə alıb və körpəsi şəhid etmişdir.
Bu il dünyanın 55 ölkəsində südəmər hüseynçi körpələrə məxsus mərasim keçirilib.
Hər il məhərrəm ayının ilk cüməsində Həzrət Əli Əsğər (ə)-ın adına beynəlxalq assambleyasının təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən o cümlədən , İran , İraq , Bəhreyn , Ərəbistan , Küveyt , Qətər , Oman , Hindistan , Pakistan , Əfqanıstan , Suriya , Livan , Türkiyə , Kanada , Fransa , Tailand , Danimarka , İsveç , Finlandiya , Amerika və Avstraliya və hüseynçi südəmərlər adlı altında konfrans keçirilir.
Bu mərasimin təşkilində məqsəd Həzrət İmam Hüseyn (ə) və südəmər övladının məzlumluğunu bəşər ictimaiyyətinin nəzərinə çatdırmaq və onları Aşura hərəkatı zalımlara qarşı mübarizə aparmaq və xalqı yaxşı işlər dəvət və pis işlərdən çəkindirmək kimi müraciətlərlə tanış etməkdir.

14

22

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button