Xəbərlər

İranın Azərbaycana seçki müşahidəçisi göndərməyi ehtimal olunur

İran Xarci İşlər Nazirliyinin sözçüsü azəri tərəfin xahiş edəcəyi halda, iranlı nəzarətçilərin Azərbaycan R-nın prezident seçkilərinə göndərilmələri ehtimalından xəbər verib. Xanım Mərziyə Əfxəm bunu Səhər kanalının müxbirinin sualını cavlandırarkən deyib.
Xanım Əfxəm Tehranda özünün həftəlik brifinqində deyib: Biz daim ikitərəfli anlaşma ilə Azərbaycan R-nın prezident seçkiləri üçün nəzarətçi göndərirdik. Əgər bu dəfə də azəri tərəfdən xahiş daxil olar və anlaşma əldə edilərsə, İran İslam Respublikası Azərbaycan R-nın prezident seçkiləri üçün nəzarətçi göndərərək, bu proqramı rəğbətlə qarşılayacaq.

Xanım Əfxəm Azərbaycan R-nın xarici işlər naziri- Elmar Məmmədyarovun Bakıya səfər üçün İranın xarici işlər naziri- Məhəmməd Cavad Zərifə olan dəvətnaməsi barədə də belə deyib:

BMT-də cənab Zərif ilə Azərbaycan R-nın xarici işlər naziri arasında yaxşı görüş keçirildi. Zira mütləq daha yaxşı əlaqələrə kömək edəcək tarixi, mədəni və dini ortaqlıqlar və qonşuluqda mövcud olan özəlliklərə əsasən, İran daim qonşuları, xüsusən Azərbaycan ilə daha yaxşı əlaqələrin tərəfdarıdır. Amma qonşular da bu yaxşı əlaqələri istəməlidirlər. Ümid edirik ki, cənab Zərifin səfərləri və proqramlarına uyğun surətdə və ideal bir şəraitdə Bakıya səfər də planlaşdırılacaq və ümidvarıq ki, iki ölkə münasibətlərinin inkişafında təsirli addım atılacaq.

sahartv

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button