ArxivXəbər lentiXəbərlər

“Haarets” qəzeti sionist rejimin Myanma müsəlmanlarının qırğın edilməsindəki iştirakını etiraf edib

Sionist rejimin Haarets qəzeti bu rejimin Myanma dövlətilə silah müqavilələri bağlaması və sionistlərin Myanma müsəlmanlarının qırğın edilmələrindəki iştirakını etiraf edib.

Haarets özünün sionist rejimin Myanma dövlətilə silah müqavilələri ilə bağlı son ifşaçılığında Təl-Əvivin Myanmanın qərbindəki Arakan əyalətində aparılan irqi təmizləmədəki rolunu ifşa edib.

Bu sionist qəzet Myanmada müsəlmanların qığın edilmələrini sənədləşdirib və qeydə alan BMT-nin faktaraşdırı qrupunun son hesabatına işarə edərək, etiraf edibdir ki, bu hesabat Təl-Əvivi Myanma ilə həmkarlıqdan və ona silah satmaqdan çəkindirməyibdir.

Myanma ordusunun komandanı Min Unq Helaynq 2015-ci ilin sentyabrında Təl-Əvivdə sionist rejimin başçıları ilə görüşərək, on milyonlarla dollar dəyərində olan bir müqavilədə bu rejimdən silah satın almasından xəbər vermişdi.

Myanmanın dəniz qüvvələri sionist rejimdən bir hərbi gəmi, eləcə də “hava-hava” tipli raketlər və artilleriya mərmiləri satın alıb və sionist hərbçilər Myanma qüvvələrinə təlim keçirlər.

BMT-nin Myanma barədəki faktaraşdırı qrupunun üzvləri avqustun 29-da Cenevrədə keçirilən mətbuat konfransında bu ölkənin Arakan müsəlmanlarından minlərlə nəfəri qətli-am etməkdəki məqsədini soyqırımı adlandırıblar. Onlar BMT-nin Təhlükəsizlik Şurasından istəyiblər ki, Myanmada müsəlmanları qıran amilləri boykot edərək, bu ölkəyə silah ixracatını qadağan etsin.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button