ArxivmədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycanlı politoloqdan Türkiyə prezidentinə qarşı sərt ittiham: Ərdoğan Türkiyəni avtoritar ölkəyə çevirir

Azərbaycanın tanınmış politoloqu Ərdoğanın Türkiyədə avtoritar sistem qurmağa çalışdığını iddia edib.

Qafqaz.ir-nin məlumatına əsasən, Xaqani Cəfərlinin bu barədə feysbuk üzərindən paylaşdığı yazısında deyilir: Türkiyəni avtoritar ölkəyə çevirməkdə qərarlı olan Rəcəb Təyyib Ərdoğan indi də bələdiyyələrin hüquqlarının məhdudlaşdırılmasına başlayıb.

Politoloq qeyd edir ki, bələdiyyələr Türkiyədə prezident hakimiyyətindən asılı olmayan sonuncu təsisatdır. Məhkəmə və universitetlərin müstəqilliyinin məhv edilməsindən sonra növbənin bələdiyyələrə çatacağı gözlənilən idi. Ərdoğan bu təsisatı məhv etməyə çalışır.

Politoloq sonra yazır: Son bələdiyyə seçkilərindən iki ildən çox vaxt keçsə də Ərdoğan bir dəfə də olsun aralarında İstanbul, Ankara və İzmir kimi Türkiyənin ən böyük şəhərlərinin bələdiyyə başçıları olan 11 böyük şəhər bələdiyyəsinin rəhbərlərini qəbul etməyib. Türkiyə əhalisinin 56 faizinin yaşadığı 11 böyük şəhər bələdiyyəsinin rəhbərləri rəsmi tədbirlərə də dəvət olunmur. Üstəlik Ərdoğan bələdiyyələrin gəlirlərinə nəzarəti ələ keçirməyə başlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button