ArxivXəbər lentiXəbərlər

İŞİD Ankarada 95 can alsa da, Türk məhkəməsi İŞİD rəhbərini sərbəst buraxdı (Foto)

Anti-terror əməliyyatı zamanı həbs olunan “Əl-Qaidə” terrorçularının “müəllim”i Əbu Hənzələ sərbəst buraxılıb
Qafqaz.ir-in “Rasthaber”ə istinadən verdiyi xəbərə görə, “əl-Qaidə”yə qarşı keçirilən əməliyyatlar çərçivəsində yanvarın 14-ü həbs edilən İŞİD-in Türkiyə nümayəndəsi olduğu bildirilən “Əbu Hənzələ” ləqəbli Xalis Bayancuk 9 oktyabrda azadlığa buraxılıb. Məhkəmə Bayancukun azdlığa buraxılma səbəbi kimi onun əleyhinə olan ittihamların natamam olmasını göstərib. Mərkəzi Van şəhəri olmaqla Adana, Antep, İstanbul, Kilis və Kayseridə həyata keçirilən əməliyyat çərçivəsində həbs olunan 13 nəfərdən biri olan Bayancukun azadlığa buraxılması ilk olaraq İŞİD-ə yaxın saytlarda və sosial media hesablarında yayımlanıb. Sözügedən əməliyyatda Suriyadakı “əl-Qaidə” qüvvələrinə yardımda günahlandırılan Humanitar Yardım Fondunun Kilisdəki anbarına da təşkil edilmiş basqına görə, həmin əməliyyatda iştirak edən polislər, prokuror və bu əmrin altında imzası olan hakimin vəzifə yeri dəyişdirilib. Terrorçu fikirlərini “Tövhid” jurnalı və saytlarda yayımlanan videoçarxlar vasitəsilə çatdıran Bayancuk, Suriyada İslami Cəbhə ilə İŞİD arasındakı toqquşmalar zamanı İŞİD tərəfdarı kimi çıxış etmişdi.
Mənbə : İslamazeri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button