ArxivXəbər lentiXəbərlər

“Atası idarə rəisidir, iki oğlu da ayrı vəzifədə”

qafqaz.ir rakurs.az-a istinad xebere gore.Dekabrınn 9-da Bakı Meropolitenin Qapalı Səhmdar Cəmiyyətinin tikinti və təmir idarələrinin bir qrup əməkdaşı etiraz aksiyası keçiriblər. Əməkdaşlar ixtisar adı ilə işdən çıxarılmalarına etiraz etdiklərini bildiriblər. Onların sözlərinə görə, bu ayın ortalarında idarədən əvvəlcədən xəbərdarlıq edilmədən heç bir yazılı surətdə deyil, şifahi olaraq onlara işdən azad edildiklərini deyərək, buna səbəb kimi də ölkədə böhran vəziyyətinin yarandığını, metroda işin olmadığını əsas gətiriblər.

Aksiya təşkilatçıları bildiriblər ki, 8 noyabr tarixində metro işçilərinin 50 illik yubileyi ərəfəsində ölkə başçısı İlham Əliyev öz çıxışında qarşıdakı illərdə hələ 56 stansiyanın təhvil verilməli olduğunu və yeni işçi qüvvəsinə ehtiyac yaranacağını qeyd edib. Əməkdaşlar bu çıxışdan bir həftə keçməmiş onlara 230 nəfərin ixtisara düşərək işdən çıxarıldığı barədə xəbər verildiyini  qeyd ediblər. Bakı Metropoliteninin Xüsusi Tamamlama İşləri Dəstəsinin baş mühəndisi Məhərrəm Xudaverdiyevlə telefon əlaqəsi yaratdıqda o “mənlik deyil, o siyahını mən tərtib eləməmişəm, Nəsrulla müəllim (Rəşidov) təqdim edib. Siyahı baş idarədən gəlib” deyə bildirdi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button