ArxivXəbər lentiXəbərlər

Rusiya Müftilər Şürası: Son hadisələr terrorçuların din və millətinin olmadığını sübut etdi

Rusiya Müftilər Şürasının sədr müavini, Moskva əyalətinin Ruhani idarəsinin başçısı terrorçuları lənətləyib
İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, müsəlmanlar üçün müqəddəs Ramazan ayının əhəmiyyətli günlərində İstanbul və Bağdadda törədilmiş terror aktları terrorçuların dinin və milliyətinin olmamasına dəlalət edir. Rusiya Müftilər Şürasının sədr müavini, Moskva əyalətinin Ruhani idarəsinin başçısı Ruşan Abbyasov bildirib.
“Bu bir daha terrorçuların nə dininin, nə də milliyətinin olmadığını sübut edir. Biz görürük ki, onlar hətta belə günlərdə namərdcəsinə hərəkət edirlər., ” – deyə Abbasov deyib.
O, qeyd edib Rusiyanın Müftilər Şürasında Türk və İraq xalqlarına başsağlığı verilib. Onun sözlərinə görə, Rusiya müsəlmanları, dünyasını dəyişənlərə dualar edirlər.
Qeyd edək ki, şənbə günü gecə saatlarında, iyul ayının 2-su, Bağdadda terror aktı baş verib. Nəticədə 200-dən çox insan həyatını itirib. İyunun 28 isə İstanbul havalimanında törədilmiş silsilə partlayışlar nəticəsində 44 nəfər dünyasını dəyişmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button