ArxivIslamXəbər lentiXəbərlər

Vəkil Şeyx Sərdar Hacıhəsənli ilə görüşüb: Yeganə narahatlığı…

Dünən Bakı İstintaq Təcridxanasında vəkil Cavad Cavadov ruhani Şeyx Sərdar Hacıhəsənli ilə görüşüb.

Vəkil qeyd edib ki, ilahiyyatçının saxlanılma şəraiti ilə bağlı narazılığı yoxdur: “Əhvalı yaxşıdır, dostlara salamları var. Saxlanılma şəraiti ilə bağlı hələ ki, narazılığı yoxdur. Yeganə narahatlığı insanlara nəyə görə həbs olunduğunu izah etməkdir. İnsanlar təəccüb edir və anlamır. Bu səbəbdən təqsirləndirilən şəxs qismində cəlb etmə qərarını özündə saxlayır.”

“Sərdar Babayevin (Hacıhəsənli) həbsinə etiraz olaraq Masallı rayonunda dinc aksiya keçirdiklərinə görə inzibati həbs verilmiş 4 nəfərin barəsində məhkəmənin qərarlarından, eyni zamanda onun həbs edildiyi gün jurnalist peşə fəaliyyətini həyata keçirən Mirələm Həşimovun qanunsuz saxlanılaraq, sonradan inzibati qaydada cərimə olunmasına dair məhkəmə qərarından apellasiya şikayəti verilib” – Cavad Cavadov bildirib.

Qeyd edək ki, ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısı tərəfindən polisə şikayət edilib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində 37 gün müddətində həbs qəti-imkan tədbiri seçilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button