ArxivXəbər lentiXəbərlər

Azərbaycanda ölüm hallarına ən çox səbəb olan xəstəlik

“Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, kardioloq-cərrah Rəşad Mahmudov komitənin bu gün keçirilən iclasında deyib.
Deputat qeyd edib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olma baxımından birinci sıradadır.
O, Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqramın yaradılması təklifini irəli sürüb:
“Azərbaycanda kəskin ürək-damar xəstəlikləri böyük bir populyasiyanın problemidir. Gecələr təcili tibbi yardımların çağırıldığı statistikalara baxdığımız zaman ən çox problem yaradan hadisələrin kəskin infarktlar oluduğunu görürük. Azərbaycanda kəskin infarktların müalicəsi üçün kifayət qədər hüquqi baza var. Ancaq kəskin infarkt zamanı 2 saatın içərisində xüsusi bir proqramla bu problemi həll etmək olar”.
Trend

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button