ArxivXəbər lentiXəbərlər

Ayətullah Xamenei: “Bu, Səudiyyənin siyasi səhvi idi”

İranın ali lideri Seyid Əli Xamenei şiə alimi Nimr ən-Nimrin edamına görə Səudiyyə Ərəbistanı siyasətçilərini müqəddəs cəza gözlədiyini bəyan edib.

 Ayətullah Xamenei bildirib ki, günahsız məzlumun qanını tökməyin, öldürməyin nəticələri tezliklə olacaq və bu, Səudiyyə hökumətinin siyasi səhvidir.

 Onun sözlərinə görə, islam dünyası və yerdə qalan ölkələr Səudiyyə Ərəbistanı hakimiyyətinin hərəkətlərini pisləməyə borcludur.

 Qeyd edək ki, Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button