ArxivXəbərlər

AİP lideri Mövsüm Səmədovu Qobustana göndərmək istəyirlər

Vəkil Anar Qasımlı həbsdə olan AİP lideri Mövsüm Səmədov və partiya funksioneri Rufullah Axundzadə ilə görüşüb. Bu barədə Anar Qasımlının özü məlumat verib. Vəkilin sözlərinə görə, Mövsüm Səmədov ötən həftə 11 saylı cəzaçəkmə müəssisənin durumu ilə bağlı yaydığı məlumatdan sonra onu Qobustan qapalı həbsxanasına göndəriləcəyi ilə bağlı hədələyiblər: “Həbsxanadakı məlum durumla bağlı Mövsüm Səmədov bir neçə müddət bundan öncə mənə məlumat vermişdi. Həmin dövrdə ümumi vəziyyəti və Mövsüm Səmədovun müəyyən təzyiqlərə məruz qalma və karsa salınma ehtimallarını nəzər alaraq bəyanatı yaymamaq qərarına gəlmişdik. Lakin Mövsüm Səmədov vəziyyətin günü-gündən pisləşdiyini və məhbusların həyatlarının təhlükə ilə üz-üzə qaldığını nəzərə alaraq, öz şəxsi təhlükəsizlik bahasına olsa da belə məlumat yaymaq qərarına gəlib. Sözügedən məlumat yayıldıqdan sonra Mövsüm Səmədova qarşı nəzarət daha da ciddiləşib və onu “krıtıya” hazırladıqları barədə ismarış göndəriblər. Mövsüm Səmədov baş verənlərə görə əsla narahat deyil və bildirib ki, bizim üçün zindanın heç bir fərqi yoxdur.”

Vəkil onu da bildirdi ki, AİP liderinin cəzaçəkmə müəssisə ilə bağlı məlumatı yaydıqdan sonra aidiyyəti qurumlar tərəfindən müəyyən yoxlanışlara start verilib.

Rufullah Axundzadə ilə görüşdüyün və müvəkkilinin səhhətində yenidən problemlərin olduğunu söyləyən Anar Qasımlı, “R. Axundzadə yenidən müalicə müəssisəsinə köçürülməsinə istəyir və bununla bağlı həbsxana rəhbərliyinə müraciət edib”- deyə bildirdi./Faktxeber/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button