ArxivXəbər lentiXəbərlər

Aşura məktəbi və yezidləşmə prosesi

İmam Hüseynin qiyamı insan azadlığından əlavə, həm də Əhli-beytin tapdanmış hüquqlarına diqqət çəkir. Peyğəmbərin canişin təyin etdiyi, müsəlmanlara əmanət tapşırdığı Əhli-beyt elə müsəlmanlar tərəfindən qanına qəltan edilib. Bu baxımdan, Aşura adi bir qiyam deyil.

Aşura özünəməxsus dərsləri, müəllimləri olan bir məktəbdir. Aşura həm dindir, etiqaddır, həm tarixdir, həm hüquqdur. Bütün bunları nəzərə alaraq, imamlar tapşırıblar ki, hər il Hüseynə əza saxlayın, onun şəhadətini qeyd edin ki, bu məktəb ölməsin, yaşasın, tarixin bir küncündə ilişib qalmasın, zamanla birgə hərəkət edib bütün insanlara, bütün xalqlara həm dindarlıq və mənəviyyat, həm də azadlıq və mübarizə ruhu bağışlasın. Yəni iki tərəf var: Bir tərəfdə Kərbəla qəhrəmanlığını qeyd etməyi tapşıran imamlarımız var, İmam Sadiq var, İmam Rza var, bir tərəfdə də İmam Hüseyni sevməyən, mən deyərdim ki, ona nifrət edən, adının belə çəkilməsini istəməyən şər qüvvələr var.

Bu da normaldır. Çünki İmam Hüseyn şərə qarşıdır, zülmə, haqsızlığa qarşıdır. Günümüzdə dünyanın bəzi yerlərində bunun şahidi oluruq; əza məclisləri bombalanır, insanlar öldürülür. Kim Hüseyn xislətlidirsə, Hüseyni də sevir. Kim xarakter və əməl baxımından Yezidə bənzəyirsə, İmam Hüseynə də nifrət edir. Kim daha çox yezidləşibsə, onun nifrəti də çox olur. Yəni bu, səbəb-nəticə qanunudur: Yezidə oxşarlıq artdıqca İmam Hüseynə nifrət də artır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button