Xəbərlər

Yəhudilər İran üçün dua etdilər, İsraili lənətlədilər

dünən İranda yaşayan yəhudilər ölkə rəhbərliyinin reallaşdırdığı sülh məqsədli nüvə proqramına dəstək nümayişi keçirib.

Aksiya bu gün Cenevrədə keçirilən İranla “altılıq” danışıqlarının növbəti mərhələsinə həsr olunub. Tehranda BMT missiyasının önündə toplaşan nümayişçilər beynəlxalq sanksiyaların ləğvini və nüvə araşdırmaları legitimliyinin tanınmasına dair şüarlar yazılan plakatlarla çıxış ediblər. Plakatlarda şüarlar 3 dildə – fars, ingilis və ivrit dillərində əks olunub.
İranlı yəhudilər Tövratı başları üzərinə qaldıraraq Ayətullah Əli Xamneyinin “Nüvə silahı günahdır” sitatını dilə gətiriblər.
Sonda yəhudilər Cenevrəyə yola düşən İran nümayəndə heyətinin uğuru üçün kütləvi ibadət ediblər.
İran yəhudiləri İsrailin İrana qarşı sərt mövqeyini “müsəlmanların qisası”- na gətirib çıxarda biləcəyini qeyd etməyidə unutmayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button