ArxivXəbər lentiXəbərlər

“Baş verən hadisələr İranın daxili işidir”

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, kinodramaturq Eldəniz Quliyev son günlər qonşu İran İslam Respublikasında baş verən olaylara münasibət bildirib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, tanınmış kinodramaturq İranda baş verən iğtişaşlara facebook şərhində aydınlıq gətirib:
“Mən həmişə düşünmüşəm və bu gün də eyni fikirdəyəm ki, insan haqları və fundamental azadlıqlarına beynəlxalq hüquq normaları kontekstindən baxmaq lazmıdır.
İranda baş verənləri şərh edən “politoloq” və “ekspertlərin” sayı kosmik sürətlə artdığı bir məqamda, səmimi fikir söyləmək, yaxud məsələyə doğru rakursdan baxmağa cəhd göstərmək… dissonans yaradır. Çünki bilən də, bilməyən də, qanan da, qanmayan da, dindarı da, Allahsızı da bu olaylarla bağlı “ağıllı-ağıllı” şərhlər yazır, danışır və çox vaxt da subyektiv rəy və mülahizələrini obyektiv fakt kimi təqdim edirlər…

Orxan Huseynov adlı şəxsin şəkli.
Öz halına əncam aramaq, öz keçəl başına dərman çəkmək əvəzinə, qıvrım saçlı birisinə saç daramağı öyrətmək, əslində, gülünc görünür. Yəni, gəlin, özümüzü arzuolunmaz vəziyyətə salmayaq; baş verən hadisələr İranın daxili işidir, – özü də min illərlə dövlətçilik təcrübəsi olan bir məmləkətin. Odur ki, qərəzli olmayaq. Acıq, nifrət püskürməyək.
Əksinə, bir qədər səbrli olaq və arzu edək ki, qonşu ölkədə cəryan edən hadisələr xaossuz, qan-qadasız, ölüm-itimsiz ötüşsün…”
… Və İran az bir müddət ərzində çalxalanıb da durulsun!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button