ArxivXəbər lentiXəbərlər

Bakıda Ərəbin şer axşamı

İranın Bakıdakı mədəniyyət mərkəzinin təşəbbüsü ilə Bakıda Ərəbin şer axşamı keçirilib.

Şənbə günü İranın Bakıdakı mədəniyyət mərkəzinin təşəbbüsü ilə keçirilmiş bu mərasimdə İranın Azərbaycan R-dakı səfiri, Bakıda yaşayan iranlılar və iki ölkədən olan Əhli-Beyt(ə) məhdiyyəçilərindən bir qrupu iştirak edib.

Vəliyyi Fəqihin Azərbaycan R-dakı nümayəndəliyinin sədr müavini höccətülislam vəlmuslimin Murtəza Ərdəbili bu mərasimdə çıxış edərək, Ərbəin ziyarətnaməsinin oxunmasını İmam Hüseyn(ə)-a və onun səhabələrinə marağın nişanəsi adlandırıb.

İranın Azərbaycan R-dakı mədəniyyət attaşesi İbrahim İbrahimi də deyib ki, cari ildə Ərbəin zəvvarlarının sayı milyonlarla nəfərdir ki, onların əksər hissəsi piyada surətdə müqəddəs Kərbəlaya yola düşüb.

İbrahimi əlavə edib: Terror qrupları, xüsusən İŞİD-in təhdidlərinə rəğmən, hər il Ərbəin zəvvarlarının sayı öncəki illərlə müqayisədə artır.

Digər tərəfdən, Azərbaycan R. xalqı Ərbəin günü münasibətilə bu ölkə məscidlərinə gələrək, İmam Hüseyn(ə)-ın şəhadətinin kədərində əzadarlıq edib.

Bu mərasimin natiqləri də Aşura hadisəsi, Kərbəla əsirləri, Ərbəin ziyarətnaməsinin önəmi və qızıl hüseyni məktəbinin davam etməsi barədə danışıblar.

Bu gün, bazar günü, 1438-ci hicri qəməri ili, səfər ayının 20-si və 2016-cı il noyabrın 20-si, şiələrin üçüncü imamı, şəhidlər ağası Həzrət İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin şəhid olmasının qırxıncı günü, Ərbəin günüdür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button