ArxivXəbər lentiXəbərlər

İran Qarabağdakı döyüşlərə münasibətini açıqladı

Tehran Dağlıq Qarabağ münaqişəsinin tərəflərini təmkinliyə və vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq hərəkətlərdən çəkinməyə çağırır. Virtualaz.org İRNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hüseyn Cabir Ənsari deyib.

«Biz hər iki şimal qonşumuzu təmkinliyə və vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq hərəkətlərdən çəkinməyə çağırırıq», – İran XİN rəsmisi belə deyib. O əlavə edib ki, Dağlıq Qarabağda hərbi toqquşmalar barədə xəbərlər İranındərin narahatlığına səbəb olub.

«Biz Azərbaycan və Ermənistanı toqquşmalara dərhal son qoymağa və sakitliyin bərpasına, fikir ayrılıqlarının sülhün qorunması üzrə qruplar çərçivəsində və BMT-nin bayrağı altında sülh yolu ilə həlli istiqamətində bütün imkanlardan istifadə etməyə çağırırıq», – İran XİN nümayəndəsi qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button