ArxivXəbər lentiXəbərlər

Nazir müavininin oğlu: “Atam oğrudur, Azərbaycandan qaçmaq istəyirəm”

“Atası nazirliklərin birində müavin vəzifəsində işləyən bir gənc mənə müraciət edib. O, ölkədən qaçmaq istəyir. Mənə də kömək üçün müraciət edib”.

Bunu öz facebook səhifəsində hüquq müdafiəçisi Əlövsət Əliyev bildirib.

Ə.Əliyev yazır ki, məmur oğlu ona müraciətində atasının əməllərindən bezdiyini bildirib: “Həmin gənc yazıb ki, atamın rəsmi əməkhaqqı 1400 manatdır. Lakin o, hər gün evə bu məbləğdən dəfələrlə çox pul gətirir. Onun qanunsuz fəaliyyətinə görə evdə daim əsəb və qorxu hökm sürür, özümüzü oğru kimi hiss edirik, hərəkətlərimə qoyulan məhdudiyyətlərə dözə bilmirəm. Evdə rəsmiyyət o həddədir ki, özümüzü dövlət idarələrində olan şəxs kimi hiss edirik. Bu vəziyyətə dözmədiyim üçün atamdan imtina etmək və sərbəst yaşamaq istəyirəm. Həmin gənc məndən bunun qaydasını ona izah etməyimi xahiş edir”.

Qeyd edək ki, Ə.Əliyev uzun müddət hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. Miqrasiya məsələləri ilə məşğul olub. Sonradan isə Daxili İşlər Nazirliyinin generalı Emin Şəkinskinin keçmiş həyat yoldaşının ölkədən qaçırılmasının təşkilində ittiham edilib. Ə.Əliyev Azərbaycandan qaçaraq Almaniyada siyasi sığınacaq alıb və hazırda bu ölkədə yaşayır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button