AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Azərbaycanın gərginlik yaradan davranışlarında s ionist rejimi və Qərbin fitnələ ri – Təhlil

Qafqaz Həqiqətləri  Bakının şübhəli və gərginlik yaradan addımlarının ardınca aşağıda qeyd olunan bir sıra hadisələri araşdırmaq lazımdır:

– Azərbaycan Respublikası Parlamentinin deputatlarından birinin ənənədən qıraq ifadələr işlərədək gələn bir neçə ildə İranın məhv ediləcəyi və onun yerində digər bir ölkənin m övcud olacağı kimi açıqlaması, bunun ardınca Ərdəbilin hörmətli və inqilabçı imam cüməsinin mövqe tutması ;

– Azərbaycan Respublikası siyasi fəallardan birinin bölgə şirinin (İran) quyruğunu kəsmək barədə sayıqlaması;

– Azərbaycan və Ermənistan yolunda fəaliyyət göstərən İran yük maşınlarına problem yaradılması;

– Fövqəladə və dumanlı vəziyyət yaratmaq məqsədilə iranlıların hislərini təhrik etməyə cəhd.

Yuxarıda qeyd olunanlara diqqət etməklə, bəzi məsələləri bir daha nəzərdən keçirmək vacibdir.

İranın son bir neçə illik tarixi ilə azca tanış olan hər kəs bilir ki, İranın azəri dilli cəmiyyəti, xüsusilə də ölkənin şimal-qərb bölgəsinin sakinləri daim bu məmləkətin izzət və şərəf sərhədlərinin müdafiə xəttində dayanmışdır. Bunu danmaq istəyən bədxahlar və münafiqləri istisna edirik. Lakin buna şübhə ilə yanaşanların şəkk-şübhəsini əminliyə çevirmək üçün bu qeyrətli və azad cəmiyyətin 8 illik Müqəddəs Müdafiə dövründəki fədakarlıqlarını gözdən keçirmək tutarlı dəlildir. Qeyd edək ki, təzə təsis olunmuş və böyük ərazilərin parçalanmasından sonra üzə çıxmış ölkələrə yavaş-yavaş tarixi reallıqlarla tanış olmaq və ona adət etmək üçün vaxt vermək daha ədalətli olar.

Bölgənin fitnəkarı, yəni Qüdsü işğal etmiş rejimin Azərbaycan Respublikasında şər hüzuru sözügedən regionda qeyri-sabitlik mənbələrindən biridir. Kəşfiyyat, məsləhətçilik və s. adlar altında hüzur və müdaxiləsini davam etdirən m ənfur s ionist rejiminin təlqinləri öz evsahibinin zehnində bölgənin durumu haqqında səhv təsə vvür formalaşdırmışdır və bu da evsahibində güc illüziyası yarada bilər . Halbuki, kəşfiyyat xidmətləri tərəfindən tamahlandırılmış ünsürlərin sapındırıcı missiyası qarşısında oyaq, bacarıqlı və müdrik elitlərin vaxtında və yerində cavabları bu bəyənilməz və bədayaq qonağın hərəkətlərini zərərsizlə şdirməyə qadirdir .

Trans-regional və işğalçı qüvvələrin müdaxiləsi nin uzun illər boyu bir-birinin yanında yaşamış xalqlar üçün hansı ərməğanlar gətirə biləcəyini tarix dəfələrlə sübuta yetirmişdir. Suriya, Liviya, İraq və Əfqanıstan böhranları bu təcrübələrin bir hissəsidir. Belə nəzərə gəlir ki, Qarabağ konflikti d ə bu böhrandan müstəsna deyil. Bu böhran qərb və sionist kəşfiyyat xidmətlərini bir güllə ilə neçə nişan vurmaq üçün vəsvəsə edir.

Fitnəkarlara bölgədə yer verən, öz daxili problemlərinin həllində yadlara söykənənlərin Əşrəf Qəni kimilərin taleyindən ibrət götürə bilməmələri çox təəssüflü olar. Habelə, unutmaq olmaz ki, yadlar sonda öz evlərinə qayıdacaqlar, ancaq qonşular istər-istəməz bir-birlərinin yanında yaşamağa məcburdurlar. Bu arada vay o qonşunun halına ki, yadlara arxalanaraq digər qonşularına zülm edib!

Şanxay Əməkdaşlıq Təşkilatının bu yaxınlarda keçirilən iclası göstərdi ki, bu təşkilat Xəzər dənizinin şərqindən cənubuna kimi regional təhlükəsizlik sahəsində qonşulara kömək edə bilər. Bunun sınaqlarından biri Taliban ın hakimiyyəti altında o l an Əfqanıstan məsələlərinin idarə edilməsi olacaq. Qeyd olunan mövzunun qarşısında Amerikanın sərkərdəliyi altındakı blok da bu rəqabətdə Şanxaya üzv olan ölkələrdən geri qalmamağa səy edəcək. Ona görə də, Qarabağ məsələsi tez bir zamanda Xəzərin qərbində vəkalət düzəninə səbəb ola bilər. Qeyd edək ki, İran İslam Respublikası milli təhlükəsizliyinin qırmızı xətləri də qəti prinsiplər və strateji rasionallıq ə sasındadır ki, dünya güclərinə onu ötməyə icazə verməyəcək, onda qalıb vəkalət oyunçuların a!

Sonda bunu vurğulayaq ki, İran İslam Respublikasının təhlükəsizlik, kəşfiyyat, hərbi və nizam-intizam qüvvələri səbrlə və xeyirxahcasına müəyyən bir həddə kimi şərarətlərə qarşı dözüm göstərsələr də, şərarətlərin vəziyyəti dəyişdikdə, reaksiyalar da kökündən fərqli ola bilər. Qeyd olunduğu kimi sionist rejimi bölgədə bütün şərarət və fitnəkarlıqların mənşəyi hesab olunur. Ona görə də, xəbis “İsrail” rejiminin hərəkətlənməsi növündən olan hər hansı tə hdid ə qarşı başıuca şəhid Hacı Qasim Süleymani və İslam müqavimətinin hamıya göstərdiyi eyni yolla cavab veriləcək.

Mənbə: iscanews

Səid Şəhrabi Fərahani

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button