ArxivXəbər lentiXəbərlər

İsmayılov İran parlamentini təbrik etdi

Azərbaycan Respublikası Ədalət Partiyasının sədri İran İslam Şurası Məclisinin 10-cu dövrünün işə başlaması münasibəti ilə İran xalqı və dövlətini təbrik edib.

İlyas İsmayılov Səhər Beynəlxalq Telekanalının Azəri televiziyası ilə müsahibədə İran İslam Şurası Məclisinin dövlətin qüdrət simvolu olduğunu qeyd edərək bildirib: Ümidvarıq İran parlamentinin fəaliyyətinin yeni dövründə də Tehran və Bakı arasında bütün sahələrdə əməkdaşlıqların artmasının şahidi olacağıq.

İsmayılov İranı Azərbaycan Respublikasının qardaş və yaxın qonşusu adlandırıb və deyib: Azərbaycan həmişə İran İslam Respublikasının region və dünyada inkişafı, tərəqqisi və güclənməsinin tərəfdarı olmuşdur.

İslam Şurası Məclisinin 10-cu dövrü şənbə günü İslam İnqilabının Böyük Rəhbərinin müraciətinin oxunması, parlament deputatlarının elan olunması, baş nazir və prezidentin çıxışı ilə işə başlayıb. İran İslam Şurası Məclisinin 290 deputatı vardır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button