Qadin və hicab

Nyu-Yorkda polislər qızların hicabını açıblar

Nyu-Yorkun bu yaxınlarda bütün məscidləri “terror təşkilatı” adlandıran “şərəfli” polisləri şəhərə gələn “müsəlman terrorçularının” fəal axtarışını davam etdirir. 

bu barədə “Daily News” məlumat yayıb.
Bu dəfə “şanlı” polislərin diqqətinə Nyu-Yorkun Bronks rayonunda evlərinin yaxınlığındakı parkda əl topu ilə oynayan hicablı iki qız – 12 yaşlı Lemis Çapmen və 14 yaşlı Halia Uilson tuş gəlib. Polislər qızlardan şəxsiyyəti təsdiq edən sənəd tələb edib, ancaq qızlar eşitməyiblər. Bu zaman polislərdən biri Uilsonu boğazından tutub, həmkarı – qadın isə Çapmeni yerə yıxıb. Onların qızların hicabını açıblar. Bu zaman Halia Uilson “Nə edirsiniz? Bizim 14 yaşımız var və ağıllı uşaqlarıq” deyə qışqırıb.

Yeniyetmələrin ətrafına toplaşan camaatın səsinə qızlardan birinin qardaşı Şayteyk Uilson küçəyə qaçıb. Polislər oğlanın “Qızların hicabı hanı?” sualına cavab olaraq onu da yerə yıxıblar. Bütün bunları kənardan qonşulardan biri, kollec tələbəsi Conatan Harris izləyib. O, baş verənləri lentə almaq üçün əlində videokamera küçəyə çıxdıqda, polislərdən biri qışqırıb: ” Bura gəl,…. (etikadan kənar söz işlədir). Videoya çəkmək istəyirsən?” Harris qaçmağa başlasa da, həmkarlarına köməyə gələn daha bir polis onu tuta bilib. O, gənci üzü üstə yerə yıxaraq gözyaşardıcı qazı onun üzünə sıxıb. Gənc Harris ictimai asayişi pozmaqda ittiham edilib. Polis isə hadisələri özünə sərf edən kimi izah edib: “Biz uşaqlardan parkı tərk etmələrini istədikdə, onlar özlərini aqressiv aparmağa başladılar.”

nardaranpiri.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button