AktualAktualArxivIslamMüsahibəŞəxsiyyətlərXəbər lentiXəbərlər

Cənubi Qafqazda sionizm-qərb-Ermənistan koalisiyasının yeni strategiyası

 

Seyid Məhəmmədrza Mirtacəddini (1341-cü günəş ilində Təbrizdə dünyaya gəlmişdir) Təbriz, Azərşəhr və Üskü əhalisinin yeddinci və səkkizinci çağırış İslami Şura Məclisində təmsilçisi və həmin çağırış Məclisində mühafizəkarlar fraksiyasının rəyasət heyətinin üzvü, yeddinci çağırış Məclisində mədəniyyət komissiyasının sədr müavini, səkkizinci çağırış Məclisində Məclisin rəyasət heyətinin üzvü, onuncu dövlətdə Prezidentin parlament məsələləri üzrə müavini, habelə Konstitusiyanın icra edilməsində Prezidentin köməkçisi olmuşdur. Mirtacəddini dövlət işindən sonra Televiziya-Radio Şirkətinin parlament məsələləri üzrə məsulu vəzifəsini icra etmişdir. O, bir sıra universitetlərdə müəllim olmuş, ölkə daxilində və xaricdə mədəni və dini fəaliyyətlərlə məşğul olmuşdur, Türkiyə, Azərbaycan, Almaniya, İsveçrə, Rusiya və digər ölkələrdə din təbliğçisi kimi fəaliyyət göstərmişdir, bir sıra kitab və məqalənin müəllifidir.

Ermənistan dövlətinin qondarma İsraildə səfirlik açmaq qərarına diqqət etməklə “Qafqaz Həqiqətləri” saytı höccətül-islam doktor Mirtacəddinidən müsahibə almışdır və onun bu məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışmışdır.

– Xəbərlərdən belə görünür ki, Ermənistan rəsmiləri işğal edilmiş Fələstin ərazilərində səfirlik açmağa təlaş edir. Bu məsələ barədə fikrinizi bilmək istəyirik.

– Belə nəzərə gəlir ki, qəsbkar sionist rejim İran ətrafında olan ölkələrlə ki, Ermənistan da onlardan biridir– əlaqələr qurmaqla dost ölkələrdən özü üçün İran əleyhinə dairə yaratmaq istəyir. Sionist rejimin bu təhlükəsizlik doktirinası Araz çayının şimalında müsəlman ərazilərinin bir hissəsini işğal etmiş xristian Ermənistan dövləti ilə bağlı çox məna daşıyır. Başqa sözlə, sionistlər Qafqazda müsəlman cəmiyyəti olan ölkələrə, xüsusilə də Azərbaycan Respublikasına nüfuz etməyə təlaş göstərməsindən əlavə, yeni strategiya ilə qeyri-müsəlman cəmiyyətli ölkələrlə də geniş və strateji əlaqələr qurmaq və İslam ərazilərini işğal etmək ardıncadır. Məlumdur ki, belə olan surətdə bu sahədə bir-birləri ilə geniş ortaqlıqlar tapırlar və bir-birlərinin müsəlmanların maraqları əleyhinə qəsbkarlıq addımlarına qanunilik verirlər.

Bu barədə çoxdan idi ki, söz-söhbətlər dolaşırdı. Lakin qərbpərəst erməni baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə bu hərəkət sürətləndi, Ermənistan İranın müsəlmanların hüququ ilə bağlı həssaslığını, habelə sionist rejimə qarşı strateji həssaslığını nəzərə almadan öz qonşularının məsləhətinin ziddinə olan hərəkətlərini davam etdirir.

– Sizin fikrinizcə, İranın bu məsələyə münasibəti necə olacaq?

– Ermənistanda qərbpərəst dövlətin hakimiyyətə gəlməsi ilə bundan qabaq da belə addımlar atılmışdır və biz Ararat klubunda baş verən acı hadisənin, yaxud bu yeni dövlətin hakimiyyətə gəldikdən sonra qısa zamanda digər təhrikamiz hərəkətlərinin şahidi olmuşuq. Əlbəttə, Ermənistanın qərbpərəst dövləti bütün bu hərəkətləri xarici təhlükəsizlik xidməti məsləhətçilərin tövsiyələri ilə həyata keçirir. Bütün bunlara diqqət etməklə, bu kimi təhrikamiz addımların qarşısını almaq üçün ölkəmizin rəsmiləri diplomatik səviyyədə bu hərəkətlərin nəticələri barədə İrəvan rəsmilərinə ciddi xəbərdarlıq etməlidir. Bu qəbil hərəkətlər təkrar olunduğu və işğal edilmiş Fələstin ərazilərində səfirlik təsis edildiyi surətdə Ermənistanla diplomatik münasibətlərin səviyyəsi azaldılmalıdır.

– Bu mövzu ilə bağlı yeni Məclisdə hansı işləri gündəliyinə salmaq olar?

İranın siyasi quruluşunda İslami Şura Məclisinin əhəmiyyətinə diqqət etməklə, demək olar ki, sistemin düşmənlərinin təxribedici addımları –Ermənistanın da son addımı bu çərçivədə sayılır– qarşısında maarifləndirmə ilk və ən mühüm mümkün addımdır. Xalq təmsilçilərinin trubunasından maarifləndirmə işinin aparılmasından sonra Ermənistanın bu əməlinə ciddi reaksiya veriləcək, bütün mümkün qərar və təsdiqlər Məclis və təmsilçilərin nəzarəti, hətta rəhbərliyi ilə həyata keçəcək. Bu arada şimal sərhədlərində İran İslam Respublikasının müqəddəs quruluşunu müdafiə etməkdə ön cəbhədə dayanan Azərbaycan təmsilçiləri həmişəki kimi əvəzsiz rol ifa edəcəklər.

Əziz ölkəmizin şimal qonşuluğunda sionistlərin rəngli hüzuruna diqqət etməklə sionist-qərb planları qarşısında strateji addımlar atılmalı, şimal əyalətlərinin təhlükəsizlik potensiallarını aktivləşdirməklə əməli işə keçmək lazımdır. Əlbəttə, bunun üçün inqilabçı xalqın rolunun daha rəngli olması əhəmiyyət daşıyır.

 

– Sizin Livan və Fələstində müqavimət rəhbərləri ilə sabiq əlaqələrinizə diqqət etməklə sionistlərin hərəkətlərini zərərsizləşdirmək və məhdudlaşdırmaq üçün hansı məqsədləri izləmək lazımdır?

– Belə nəzərə gəlir ki, sionistlər Qafqaz regionunda, xüsusilə də Cənubi Qafqazda özləri üçün ayaqyeri açmağa və bu vasitə ilə işğal edilmiş ərazilərdə müqavimət cəbhəsinin mühasirəsindən çıxmağa təlaş edirlər. Ona görə də müqavimət cəbhəsi qüvvələri birinci, işğal edilmiş əraziləri azad etmək istiqamətində ciddi hərəkət etməklə yanaşı, hər yerdə sionistlərin hədəflərini strateji şəkildə təhdid etməlidir. İkinci, müqavimət hərəkəti islami mədəni potensialları Qafqazda sionistlərə qarşı yönəldə bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button