AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Cənubi Qafqazda baş verən son hadisələrin ciddi aspektlərinin ifşası – Təhlil

Bölgənin geosiyasi dəyişikliyi, senari, perspektiv kimi önəmli açar sözlərə istinad etməklə, İran İslam Respublikasının şimal sərhədləri ətrafında baş verənləri böyük ölçüdə təhlil etmək mümkündür.

Qafqaz Həqiqətləri Həmid Xoşayəndin Cənubi Qafqazda baş verən son hadisələrlə bağlı təhlilini təqdim edir:

Cənubi Qafqaz hadisələri və İran-Azərbaycan münasibətlərində yaşananlar, mübadilə edilən mövqe və açıqlamalar regional və daxili siyasi dairələrin, KİV-lərin diqqət mərkəzindədir.

Bölgənin geosiyasi dəyişikliyi, senari, perspektiv kimi önəmli açar sözlərə istinad etməklə, İran İslam Respublikasının şimal sərhədləri ətrafında baş verənləri böyük ölçüdə təhlil etmək mümkündür.

Hazırkı yazıda bu senarinin əhəmiyyətli aspekt və bucaqları qısa şəkildə təhlil edilmişdir.

İranın qərb hissəsinin sonunda (İranın xəritəsində pişiyin sol qulağı) qəribə bir çıxıntı, əslində bir zolaq vardır. Bu zolaq Qarasu adlanır. Qarasu (xəritə 1) strateji bir nahiyədir və Türkiyədə ona “Atatürkün barmağı” deyirlər. Bu nahiyənin eni 3.5 kilometrdir.

Qarasu şimaldan Ermənistana, cənubdan İrana, şərqdən Azərbaycanın Naxçıvan MR-na, qərbdən Türkiyəyə baxır və 1931-ci ilə kimi İran ərazisinin bir hissəsi olmuşdur. Həmin il Rzaxanın göstərişi ilə İranın xarici işlər naziri Məhəmmədəli Füruğinin Türkiyənin xarici işlər naziri Tofiq Rüşdi ilə müzakirələri çərçivəsində Atatürkün göz dikdiyi bu zolaq təzə təsis edilmiş Türkiyə Cümhuriyyətinə verildi.

Əslində, Atatürk başında fikirləşdiyi böyük məqsədlərə əsasən, Qafqaza və oradan da Xəzər dənizinə, sonra isə Orta Asiyaya qısa yol ardınca olmuşdur. Elə həmin məqsədlə zirəklik göstərərək bu ərazini İrandan almışdır. Türkiyənin Qarasu üzərində malikiyyəti Rzaxanın hökumət başına gəlməsi ilə asanlaşsa da, Türkmənçay müqaviləsi onun statusunun təyin edilməsində əsas qaynaq olaraq bu ərazini İrana aid bilir.

Bugün İslam Respublikası Türkmənçay müqaviləsi də daxil olmaqla bir sıra tarixi sənədləri təqdim edərsə, Beynəlxalq Ədalət Məhkəməsində Qarasunun İrana aid olmasını tam qanuni şəkildə sübut edə və onu İrana qaytara bilər.

3.5 kilometrlik bu kiçik zolaq indi İranın Cənubi Qafqazda 700 kilometrlik tranzit yolunu təhlükə ilə üzləşdirib və Rəcəb Təyyib Ərdoğanın son illərdə gerçəkləşməsini ciddi şəkildə izlədiyi Turan dəhlizi (xəritə 2-də sarı xətt) röyasında vacib rol oynayır. Əslində Qarasu, hazırkı Türkiyə hökumətinin yeni-osmanlılıq kontekstində təqib etdiyi qondarma Turan dəhlizinin planlaşması və reallaşmasında başlanğıc nöqtəsi və əsas mənbəyidir.

Cənubi Qafqazda baş verən son hadisələrdə, habelə Türkiyə və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin açıq, yarı açıq, yaxud gizli mövqelərində adı çəkilməyən Ərdoğanın Turan dəhlizi layihəsinin irəliləməsi hazırda Ermənistanın Sünik bölgəsində problemlə qarşılaşıb. Azərbaycan və Türkiyə dövlətlərinin Zəngəzur (xəritə 2-də qırmızı xətt) adlanan bu dəhlizin gerçəkləşməsinə təkidi Turan dəhlizinin qarşısındakı “ən əhəmiyyətli maneəni” aradan qaldırmaq məqsədi güdür.

İranın Ermənistanla əlaqə və sərhəd xəttini kəsən dırnaqarası Zangzur dəhlizinin inşası Türkiyə və Azərbaycan üçün o qədər strateji əhəmiyyət daşıyır ki, Bakı Ermənistanın Sünik əyalətindən keçən bu koridorun qarşılığında, hətta Qarabağın şimal hissələrinə qarşı bəzi ərazi iddialarından da əl çəkməyə razıdır! Başqa sözlə, bugün sözügedən dəhlizin Bakı-Ankara vasitəsilə reallaşması Qarabağı Ermənistandan geri almaqdan da önəlmi olmuşdur!

Hazırda Zangəzur adlı bir maneə ilə üzləşən qondarma Turan dəhlizinin gerçəkləşməsinin, Türkiyə və Azərbaycanın da bütün səylərinin Zəngəzurun açılmasına yönəlməsinin İran, eləcə də Rusiya və Çin üçün bir neçə strateji nəticəsi var.

Türkiyənin Azərbaycan, oradan da Xəzər dənizi və Orta Asiya (Ərdoğanın iddialı ideyaları olan Turani dəhlizi ilə) arasındakı əlaqə xəttlərini tamamlayan Zangəzur dəhlizininin həyata keçirməsinin İran üçün nəticələrini aşağıdakı kimi qeyd etmək olar:

1- İranın Qafqaz regionunda fəaliyyətinin zəifləməsi;

  1. Qafqazda İran və Rusiya arasında ticarət münasibətlərində xələl yaranması;

  2. İran-Ermənistan ticarət əlaqələrinin pozulması;

  3. İranın Avropaya əsas tranzit yollarının kəsilməsi və məhz Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşməsi;

  4. Cənub-Şimal və Şərq-Qərb dəhlizində İranın mövqeyinin zəifləməsi;

  5. Avrasiya Gömrük İttifaqında İranın mövqeyinin zəifləməsi və bu ittifaqla əməkdaşlıqda xələl yaranması;

  6. Şanxay Əməkdaşlıq Təşkilatında İranın mövqeyinin zəifləməsi və bu təşkilatla əməkdaşlığında xələl yaranması;

    8. Çinin “Bir Kəmər Bir Yol” layihəsində İranın mövqeyinin zəifləməsi;

  7. Bölgədəki tranzit xətlərinin balansını pozaraq İranın Qafqazdakı geosiyasi üstünlüyünü aradan qaldırmaq.

Əslində, qondarma Turan dəhlizinin reallaşması İranı Qafqaz bölgəsindəki bütün enerji və tranzit balanslarından uzaqlaşdıracaq.

Qondarma Turan dəhlizinin Rusiya və Çin üçün əhəmiyyətli strateji nəticələrinə aşağıdakılar daxildir:

  1. Rusiyanın Qafqazdakı geosiyasi üstünlüklərinin azalması;

  2. Avropanın enerji baxımından Rusiyadan asılılığının kəsilməsi və Rusiyanın Avropaya təzyiq rıçaqlarının azalması;

  3. NATO-nun Şərqdəki mövqelərinin genişlənməsi və güclənməsi, habelə onun Xəzər dənizi ilə əlaqəsi vasitəsilə Rusiyaya qarşı strateji təhdidlərin yaranması;

  4. Çinin Mərkəzi Asiyadan idxal olunan qaza təlabatının artması;

  5. Mərkəzi Asiya ölkələrinin Çin əleyhinə oyunçuluq səviyyəsinin artması;

  6. Bəşər tarixinin ən böyük investisiya layihəsi olan Çinin 5 trilyon dollarlıq “Bir Kəmər Bir Yol” layihəsinə xələl gəlməsi;

  7. Şanxay müqaviləsinin zəifləməsi;

  8. Türkiyə və Azərbaycanın oyunçuluğu ilə ABŞ və Avropanın Rusiya və Çini mühasirəyə almasının tamamlaması;

Buna görə də Qafqazda baş verən son hadisələrin araşdırılması və təhlili zamanı bir neçə komponent eyni anda bir araya gətirilməlidir. Cənubi Qafqazda bugünkü məsələ Azərbaycanla Ermənistan arasındakı Qarabağ münaqişəsindən daha genişdir. Hazırda Cənubi Qafqaz bölgəsində əsas məsələ təkcə iki ölkə arasındakı Qarabağ münaqişəsi deyil, eyni zamanda bölgənin geosiyasətini tamamilə dəyişə biləcək iddialı planlar yaratmaq və həyata keçirmək cəhdidir.

Üstəlik, Cənubi Qafqazda və İran sərhədləri yaxınlığında sionist planların həyata keçirilməsini asanlaşdırır. Eyni səbəbdən, hətta İslam İnqilabının Böyük Rəhbərinin belə reaksiya verdiyi son hadisələrə İranın həssaslığı, geosiyasi dəyişiklik məqsədi ilə baş verməkdə olan hər bir məsələdə müdrikliyə, uzaqgörənliyə və bilgiyə əsaslanır.

İran İslam Respublikasının Cənubi Qafqaz regionunda mövqeyi olduqca aydındır:

  1. Ölkəmiz üçün yaratdığı aspekt və təhdidləri nəzərə alaraq İranın şimal sərhədlərində sionist rejimin təxribatçı hüzurunun qarşısını almaq.

  2. Bölgədə geosiyasi dəyişikliklərə səbəb olan sərhəd dəyişikliklərinin qarşısını almaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button