ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Cəmiyyətdə siyasi iştirak

Həyat yolu 22

Cəmiyyətdə siyasi iştirak

Həzrət Zəhranın (ə) həyatı uşaqlıq illərindən eniş-yoxuşlarla dolu idi. Həzrət bütün mömin və müsəlman qadınlara örnək olaraq İslam cəmiyyətində baş verənlərə məsuliyyət hissi ilə yanaşırdı. Həmişə ən yaxşı və ən təsirli yollardan istifadə etməklə öz vəzifəsini yerinə yetirirdi. Tarix heç vaxt Zəhranın (ə) zülm hökumətinin bünövrəsini titrədən aydın xütbəsini unutmayacaq.

Ayə

«وَ ما کانَ لِمُؤْمِنٍ وَ لا مُؤْمِنَةٍ إِذا قَضَى اللّهُ وَ رَسُولُهُ أَمْراً أَنْ یَکُونَ لَهُمُ الْخِیَرَةُ مِنْ أَمْرِهِمْ»

“Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz.”

(“Əhzab” surəsi, ayə 36)

Hədis

قالَت فاطِمَةُ الزَّهراء )س): «فَجَعَلَ اللهُ… طاعَتَنا نِظاماً لِلمِلَّةِ وَ اِمامَتَنا أماناً لِلفِرقَة»

Həzrət Zəhra (ə) buyurub: “Allah biz əhli-beytə itaət etməyi ümmət arasında nizam-intizam yaratmaq, imamətimizi təfriqədən amanda qalmaq üçün vasitə qərar vermişdir.”

(“Ehticac”, c. 1, səh. 134)

Ənənə

– Ana, nə üçün sakit qalmısan, heç nə danışmırsan?

Özünə təzə gəlmiş kimi mənə baxdı. Dodaqlarına acı təbəssüm qondu.

– Qızım, həzrət Zəhra haqda (ə) və bu ümmətin düçar olduğu aqibət barədə düşünürəm.

– Hansı aqibət anacan?

– Bu gün məsciddə oturmuşdum. İmam Baqir (ə) anası Zəhra (ə) barədə danışırdı. Buyurdu: “Cəddimiz Əlinin (ə) xilafəti qəsb olduqdan sonra anam Zəhra (ə) bir miniyə minib gecə vaxtı ənsarın evlərinə gedir, onları Əliyə (ə) kömək etməyə çağırırdı. Amma heç kim anamın dəvətinə cavab vermirdi.”

(“İbn Əbil-Hədid”, c. 4, səh. 13)

Hekayə

Gözlərim onun illərlə əzab-əziyyət və məşəqqət çəkdiyini xəbər verən simasına dikilmişdi. İnqilabdan əvvəl kişilərlə çiyin-çiyinə mübarizə aparmasından danışırdı. Onun sözlərindən özümdə qadınlıq qüruru duyurdum.

“SAVAK”-ın zindanında özünün və qızının məruz qaldığı işgəncələrdən danışanda bədənimin tükləri qalxırdı.

Mərziyyə Hədidçi sübut etdi ki, qadın olaraq ordu komandiri olmaq mümkündür. Qadın olaraq İmam Xomeyninin (r) məktubunu Qorbaçova çatdıran səfir olmaq olar. Ana olaraq səkkiz övlad sahibi olmaq, eyni halda öz analıq vəzifəsini yerinə yetirmək olar.

(Tahirə Dabbağ kimi tanınmış xanım Mərziyyə Hədidçi haqda bir xatirə)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button