AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Cəmil Həsənli: 40 milyon azəri qalsın bir tərəfə, hələlik Azərbaycan Respublikası daxilində 10 milyon azərini assimliyasiya etmə!

Bakı parlamentinin keçmiş deputatı və “Milli Şura”nın sədri Cəmil Həsənli deyib: “İlham Əliyevin İran azərilərinin ana dilində təhsil almaq haqqına “dəstəyi” ilə bağlı sözləri Bakı hökumətinin Azərbaycan Respublikasının özündə azərbaycan dilində təhsilin xaotik vəziyyəti yaratması ilə açıq şəkildə ziddiyyət təşkil edir!”
Qafqaz Həqiqətləri xəbər verir ki, Cəmil Həsənli “Azadlıq” saytında məqalə dərc edərək İlham Əliyevin İrana qarşı cəfəngiyyatını alqışlamasına baxmayaraq deyib: “Adam hər kvaratal gedib Putinə hesabat verir ki, Azərbaycanda rus məktəblərinin sayı 35 faizdir. Yəni onun rəhbərlik etdiyi ölkədə hər üç uşaqdan biri rus dilində oxuyur. Bir az da kəsir qalır. Yəni İlham Əliyevin idarəçiliyi dövründə rus dili yenidən Azərbaycanda əsas ünsiyyət dillərindən birinə çevrilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə 4-5 il əvvəl təhsilin şıdırğı vaxtında (koronovirusla bağlı məhdudiyyətlərdən əvvəl) Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55,85 faizi ana dili fənni üzrə “2”, “2,5” və “3” qiyməti almışlar. 1-ci siniflər üzrə bu göstərici 45.67 faiz olub. Bəyənmədiyimiz Sovet dövründə bu göstərci heç vaxt 10 faizdən yuxarı olmayıb.”
Cəmil Həsənli daha sonra bildirib: “40 milyonluq soydaşlarımızın ana dilində təhsil almasını arzulamaq əlbəttə mütərəqqi ideyadır!!? Ancaq ilk növbədə öz ana dilində maarifdən yetim qalmış bu 55,85 faizin dərdinə carə qılmaq lazımdır.”
Milli Şuranın sədri Azərbaycan Respublikasında təhsilin xaotik vəziyyətinə toxunaraq əlavə edib: “Şübhəsiz ki, bizim ölkədə rus məktəblərinin 35 faizə çatması yalnız siyasi məsələ deyil, həm də Azərbaycan dilində təhsilin belinin qırılması hesabınadır. Yeri gəlmişkən hər iki buraxılış siniflərində riyaziyyat fənni üzrə göstəricilər də ana dili göztəriciləri kimidir. Bu gün ölkədə təhsil məktəblərin yox, az-çox repititorluğun hesabına qalıb. Bizim ölkədə rus məktəblərinin xüsusi çəkisinin sürətlə artması (İlham Əliyev hakimiyyətə gələndə hər beş nəfərdən biri rus məktəblərində oxuyurdu, indi hər üç nəfərdən biri rus məktəblərində oxuyur) bir tərəfdən Putinə yaraınmaqla bağlıdırsa, digər tərəfdən Azərbaycan dilində təhsilin keyfiyyətinin sürətlə aşağı düşməsi, bu dildə internet resursalarının ana dilli məktəblərə daxil ola bilməməsi, hakim elitanın (o cümlədən hakim ailənin) rus dilli olması, öz aralarında rus dilində danışması ilə bağlıdır. Yənə 40 milyon qalsın bir tərəfə, biz öz ölkəmizdə assimliyasiya oluruq, rus dilində məktəblərin sayının 35 faizə çatması bu deməkdir. Ölkəmizin hüdudlarından kənardakı 40 milyon soydaşımızın hüquqlarının, təhlükəsizliyinin təmin edilməsinə gəldikdə, burada da vəziyyət ruscadır. İlham Əliyevin idarəçiliyi dövründə ölkənin əmək qabiliyyətli 5 milyondan bir qədər artıq əhalisinin 35 faizi Azərbaycanı tərk edib, cəlayi-vətən olub və indi də sərhədlər bağlı olduğundan öz ölkələrinə qayıda bilmirlər. Aylarla 10 minlərlə Azərbaycanlı Dağıstanda sərgərdan vəziyyətdə qalıb qeydiyyatda olduğu ölkəsinə gələ bilmir. Pandemiya bütün dünyada leksikondan çıxıb İlham Əliyev nəinki sərhədləri o 40 milyonun üzünə bağlayıb, hətta qonşu ölkələrə iş, çörək, dolanışıq dalınca gedən bizim 10 milyonluq əhalinin 2 milyondan çoxu öz vətəninə qayıda bilmir. O 40 milyonun bir zərrəsi olan Gürcüstan azərbaycanlıları öz doğmalarını ziyarət edə bilmir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button