ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Albaniya münafiqlər terror qruplaşmasının internetini kəsib

“TƏSNİM” xəbər agentliyinin məlumatına görə, Albaniya hökuməti terrorçu münafiqlərin terror fəaliyyətlərini cilovlamaq məqsədilə belə bir addım atıb. Albaniya hökumətinin bu qərarından sonra bu bədnam qruplaşmanın üzvləri kiber fəaliyyətlər üçün mobil telefon internetindən və ya digər qeyri-qanuni üsullardan istifadə etməyə məcbur olublar.
Bu son aylarda Albaniya hökuməti tərəfindən münafiqlərin kiber bölməsinə vurulan ikinci böyük zərbədir. 
Cari ilin iyun ayında Albaniya polis qüvvələri xarici qurumlara qarşı “terror və kiberhücumlar” həyata keçirdiyinə görə, terrorçu münafiqlərin yerləşdiyi “Əşrəf-3” adlı düşərgədə reyd keçirib. Onlar terror fəaliyyəti ilə əlaqəli 150 kompüter qurğusunu ələ keçiriblər. Düşərgədə baş verən qarşıdurmalar zamanı münafiqlər qruplaşmasının ən azı bir terrorçusu öldürülüb, onlarla terrorçu isə yaralanıb.
Mücahidin-e-Xalq Qruplaşması 1979-cu il İslam İnqilabından bu yana 12.000-dən çox İran vətəndaşını və hökumət rəsmisini qətlə yetirmiş və ən məşhur anti-İran terror qruplaşmasıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button