ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Buzovna Ruhullah Axundova adına Mədəniyyət Evində Xızır Nəbi bayramı qeyd olunub

Xızır Nəbi bayramı Azərbaycanda, İranın şimal-qərb əyalətlərində (xüsusən Ərdəbil, Çaldıran və s.), Türkiyə, Qazaxıstan, Tatarıstan və bəzi Orta Asiya və Qafqaz ölkələrində iran sivilizasiyası hövzəsi ölkələrində qədim mif və əfsanələrə söykənən ənənəvi bayramlardan biridir.

Bu mərasimdə Əhli-beyt şairi və Buzovna məscidinin imamı cənab Hacı Soltan Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin Xəzər Bölməsinin rəhbəri şair Arif Buzovnalı, Akademiyanın fəlsəfə professoru Firudin Qurbansoy, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədir cənab Purmərcan çıxış etdi.

Tədbirdə çıxış edənlər bu günü dini etiqada söykənən və ölkələri birləşdirə biləcək qədim bayram günü kimi qiymətləndiriblər. Azərbaycan, İran və s. şəhər və kəndlərində müxtəlif türbələrin, Xızır Nəbi adlı müxtəlif məqbərələrin olması bu məsələnin tarixi əhəmiyyətindən xəbər verir və bu fars və türk şerlərində qeyd olunub.

Iranın Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan çıxış edərək region xalqları arasında ümumi cəhətləri göstərən, dostluğu möhkəmləndirən, bölgənin etnikləri arasında qədim və xoş ənənələri yaşatmaq üçün belə bir mərasimin keçirilməsinin əhəmiyyətini bildirib.  Xızır Nəbi haqqında gözəl adətlər Ərdəbilin bəzi kəndlərində , Azərbaycan və Ərdəbil əyalətlərinin bəzi şəhərlərində Azərbaycanın adət və ənənələri eynidir. Bu qədim bayramda inanılır ki, novruz günü Xəzr peyğəmbər gələrək həyatın dörd əsas ünsürü olan günəş, torpaq, külək və suyu insanlara gətirir. Ona görə də bəzi kəndlərdə bayram gecəsi dağların ətəyində şam yandırıb Xızır Nəbinin gəlməsini gözləyərək, Xəzır Nəbinin gəlib dörd əsas ünsürü özü ilə gətirməyincə təbiətin dəyişməyəcəyinə inanırdılar.

Mədəniyyət Mərkəzinin regionda mövcud olan bu qədim adət və ənənələrin bizim ümumi kimliyimizi nümayiş etdirdiyini, professor, şair və yazıçılarımızın ölkələrin tarixində belə ənənələri yazıb saxlamağın məqsədəuyğun olduğunu diqqətə çatdırıb. El tariximizdə mövcud olan bu şənliklər çoxlu tarixi faktları ehtiva edir. Heydər babaya salam poeması ilə xalq mədəniyyətini əbədiləşdirən Ustad Şəhriyar kimi bu cür tarixi hadisələri təsvir etmək, onları əbədiləşdirmək üçün şeir dili bəlkə də ən gözəl vasitədir. Onu min dəfə oxumaqla belə onunj təzəliyi və təravəti getməyəcək.  

Cənab Purmərcan əlavə etdi: İranın bəzi kəndlərində, məsələn, Urənc kəndində bu bayram Xıdır Nəbi adı ilə tanınır. Onlar  qovut hazırlamaqla Xeydəriyyə mərasimi keçiri yaxşı və bərəkətli bir həyata ümid edirlər.  Onların məşhur şeiri belə idi:

Xıdır İlyas Xıdır İlyas bitdi çiçək gəldi yaz

Bəzi şəhərlərdə bu bayram müxtəlif adətlər ilə keçirilir ki bu da insanların problemlərini azaltmaq, qışın sərt və soyuq günlərində xalqı problemlərin öhdəsindən gəlməyə ruhlandırmaq üçün bu bayramda müxtəlif adətlər təkrarlanır, bir-birlərinə köməklik, mərhəmət edilirdi.  Buna görə də belə mərasimlərin məqsədi xalqın kimliyini möhkəmləndirən, dost ölkələrin xalqları arasında dostluğu artıran eyni məqsədlər olmalıdır.

Bu proqramın davamında müxtəlif etnik qruplardan ibarət Bakı ibtidai məktəblərinin ayrı-ayrı qrupları və tatarların mədəni-bədii kollektivləri proqramla çıxış edərək, özlərinin yerli adət-ənənələrini, Xıdır Nəbi bayramı ilə bağlı şeirlərini söyləmişlər. Xəzər Məcməüş şüəra üzvü olan bəzi şairlər də öz şeirlərini söylədilər. Həmçinin digər zalda İran, Türkiyə, tatarlar və digər qrupların görməli yerləri və doğma mədəniyyətindən ibarət sərgi təşkil olunmuşdu.

Proqramın sonunda Ruhullah Axundava Mədəniyyət Mərkəzinin rəhbərliyi tərəfindən İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədrinə xatirə lövhəsi təqdim olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button