AktualAktualArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın Azərbaycandakı keçmiş səfiri: İran-Azərbaycan münasibətləri indiyə kimi lazımi səviyyəyə çatmayıb

İranın Azərbaycandakı keçmiş səfiri Əliriza Begdili deyib: “İran və Azərbaycan arasında münasibətlər keçmişdə buraxılmış bir sıra səhvlər və düşmənin çirkli oyunları üzündən indiyədək lazımi səviyyəyə çatmamışdır.”

Qafqaz Həqiqətləri xəbər verir ki, bu gün Tədqiqat və Təlim Mərkəzi və İslam İnqilabı Mədəni Araşdırmalar Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən “Qarabağ Sülhü” vebinarında çıxış edən İranın Azərbaycandakı keçmiş səfiri Əliriza Begdili deyib: “Bizim həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətlərimiz vardır. Lakin Azərbaycanla münasibətlər İran üçün çox yüksək əhəmiyyət daşıyır. Bu məsələ digər ölkələrlə əlaqələri görməmək mənasına deyil.

İran və Azərbaycan münasibətləri keçmişdə buraxılmış bir sıra səhvlər üzündən indiyə kimi lazımi səviyyəyə çatmamışdır.”

Begdili əlavə edib: “Azərbaycan Respublikası Qafqazın açarı və Asiyada şimal-qərb və şimal-cənub koridorunun təkmilləşdiricisidir. İran bu ölkə ilə öz münasibətlərini tənzimləməkdə diqqət etməsə, gələcəkdə problemlə üzləşə bilər.”

Keçmiş səfir vurğulayıb ki, Qarabağ müharibəsindən sonra nəqliyyat və enerji sahələri yeni fürsətlər hesab olunur və İran bu sahələrdə fəal rol oynamalıdır.

Begdili çıxışının davamında deyib: “Paşinyanın qərbə meyli, Rusiyanın Bakı və İrəvan arasında razılaşma yaratmaq istiqamətindəki təlaşlarının nəticəsiz qalması, habelə Azərbaycan Respublikasında işğal edimiş əraziləri geri almaq üçün ciddi ictimai tələblər son Qarabağ müharibəsinin səbəbləri idi.

Ermənistan Qarabağın yeni vəziyyəti ilə bağlı reallıqla barışmalıdır və məsələnin həllinə səy göstərməlidir. Qarabağ müharibəsinin psixoloji ətrafı idarə olunmalıdır ki, daxili və xarici oyunları zərərsizləşdirmək mümkün olsun.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button