ArxivXəbər lentiXəbərlər

Ağcabədidə yenidən aksiya başladı

Əhali bu dəfə həbs olunanlara etiraz edir

Yanvarın 16-da Ağcabədidə yenidən etiraz aksiyası başlayıb. Hadisə yerində olan rayon sakininin verdiyi məlumata görə, aksiya yenə məcburi köçkünlərin yaşadığı ərazidədir: “O gün 3 nəfər intihar məqsədilə binanın üstünə çıxanda hamı yığışıb işsizliyə, bahalığa etiraz etdi. Onda polislər, şəhər rəhbərliyindən nümayəndələr gəlib dedilər ki, iş veriləcək, qiymətlər düşəcək. Camaat da dağılışmışdı. Həmin aksiyada sözünü deyən şəxslərin hamısını tutub salıblar içəri. Ona görə əhali yenidən ayağa qalxıb”.

Məlumatda bildirilir ki, artıq rayon əhalisindən də aksiyaya dəstək var.

Yanvarın 13-də Ağcabədi rayonunda etiraz aksiyası keçirilib. Həmin bölgədən deputat seçilən Aqil Abbas isə Azadlıq Radiosuna bildirmişdi ki, yanvarın 15-də Ağcabədi rayon İcra Hakimiyyətində əhali ilə görüş keçirilib və problemlər öz həllini tapıb, ərazidə sakitlikdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button