ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Bu gün rəcəbin üçü onuncu İmam Əli ən-Nəqi əl-Hadinin şəhid edilən günüdür

Hicri-qəməri təqvimi ilə bu gün rəcəb ayının üçü onuncu İmam həzrət Əli ən-Nəqi əl-Hadinin şəhid edilən günüdür.
SalamNews xəbər verir ki, o həzrət 212-ci hicri-qəməri ilinin zil-həccə ayının 15-də dünyaya gəlib. Bəzi mənbələrdə zil-həccə ayının 27-si də qeyd edilib. O həzrətin atasının adı imam Cavaddır (ə). Tarixçilər o həzrətin anasının adını Səmanə və yaxud Süsən qeyd etmişlər.
Həzrət 254-cü hicri-qəməri ilində şəhid edilib. Amma onun hansı ay və hansı gündə olması barədə ixtilaflar var. Bəzi mənbələrdə rəcəb ayının 3-də, digər mənbələrdə isə Cəmadiəl-sani ayının 25-də və yaxud 26-da şəhid edildiyi qeyd edilir.
İmam Hadi (ə) “Nəqi”, “Alim”, “Fəqih”, “Əmin” və “Təyyib” kimi ləqəblərlə də məşhurdur. O həzrətin mübarək künyəsi isə “Əbül-Həsən”dir.
İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi də Əbül-Həsən olduğu üçün səhv olmasın deyə, imam Kazimə (ə) birinci Əbül-Həsən, imam Rzaya (ə) ikinci Əbül-Həsən, imam Hadiyə (ə) isə üçüncü Əbül-Həsən deyilir.
Şeyx Müfid və başqalarının rəvayətinə əsasən, imam Hadi (ə) hicrətin 254-cü ilinin Rəcəb ayında Samirrada şəhid edilib. O zaman on üçüncü Abbasi xəlifəsi Mötəzz xilafət taxtında idi. İbn Şəhr Aşub o həzrətin təbii əcəli ilə dünyadan getmədiyini nəql etmiş və bu barədə – Abbasi xəlifəsi Mötəmidin onu zəhərlədiyinə dair – İbn Babəveyhdən rəvayət də nəql etmişdir. O zamanın zalım hakimlərin Ələvi sülaləsinə, xüsusilə, onların imamlarına qarşı kin və düşmənçilikləri həddən artıq idi. İmam Hadinin (ə) uzun müddət məcburi şəkildə Samirrada qaldıqdan sonra qırx dörd yaşında “vəfat etdiyi”nə və “vəfat etməsi”nə səbəb olan hər hansı cismani xəstəliyinin tarixdə qeyd olunmadığına diqqət yetirdikdə, o həzrətin zəhərləndirilib şəhadətə yetirilməsi ilə bağlı rəvayətin daha dəqiq olduğu ortaya çıxır.
Mütəvəkkil hakimiyyətə (232-247 h.q) gəlməzdən öncə, xəlifələr Məmunun siyasətini tətbiq edir və mötəzilə təriqətini müdafiə edirdilər. Həmin məsələ Ələvilər üçün nisbətən uyğun siyasi mühit yaratmışdı. Lakin Mütəvəkkilin hakimiyyətə gəlməsi ilə dardüşüncəlilik yenidən başladı. Mütəvəkkil əhli-hədisi himayə edərək onları şiənin əleyhinə qaldırdı. Bundan sonra həm siyasi hakimiyyət tərəfindən həm də digər məzhəblərin mənsubları tərəfindən əhli-beyt ardıcıllarına fiziki və mənəvi hücumlar şiddətlənməyə başladı.
Mütəvəkkil bu təzyiqlərin qızğın çağında imam Hadinin (ə) Samirraya gətirilməsini əmr etdi. İmam Hadinin (ə) Samirraya gətirilməsi ilə camaatın İmamla əlaqəsini yaxından izləyə biləcək və nəzarət altında saxlayacaqdı. Bu siyasət Məmunun imam Rza (ə) üzərində tətbiq etdiyi siyasətin davamı idi.
İmam Hadi iyirmi ildən çox burada nəzarətdə saxlanılır. Əhlibeyt ardıcıllarının bu dövrdə imamla rabitəsi açıq şəkildə deyil, müxtəlif bölgələrdə təyin edilmiş nümayəndələri və vəkilləri vasitəsilə həyata keçirilirdi. Bir neçə dəfə imamın əhlibeyt ardıcılları ilə rabitə üçün yaradılan “vəkalət sistemi” haqda məlumatların xəlifələrə çatması onları qəzəbləndirmişdi. Abbasi xəlifələri imamları öz hakimiyyətləri üçün əsas təhlükə bilir və fürsət düşən kimi onları aradan gtürməyə çalışırdılar. Nəhayət imam hicrətin 254-cü ilində zəhərlənərək şəhid edilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button