ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bu gün məhərrəm ayının səkkizidir, günün tarixi hadisələri

Hicri-qəməri təqvimi ilə bu gün məhərrəm ayının səkkisizidir. Bu gündə bir sıra mühüm hadisələr baş verib ki, Aşura faciəsinin baş verməsində mühüm rola malik olub.

Qafqaz.ir xəbər verir ki bu gün məhərrəm ayının 8-də artıq Kərbəla çölünə 25 min nəfərlik ordu gətirilmişdi. Bu miqdarda hərbi qüvvə Yezidin İraq üzrə valisi Ubeydullah ibni Ziyadın təhdid və təşviqlərindən sonra baş tutdu. O kufəliləri məvaciblərinin kəsilməsi, təqib edilməsi və qətlə yetirilməsilə təhdid edirdi.

Bundan savayı Ubeydullah bin Ziyad İmam Hüseynin karvanındakı şəxslərin su əldə etmək üçün quyu qazdıqlarını eşidəndə ordu komandiri Ömər Sədə o quyunun dağıdılması və doldurulması əmrini verdi. Məqsəd bu idi ki, Hüseyn və ailəsi heç bir yardım əldə etməsinlər. Bu namərd addımdan sonra İmam Hüseyn həzrət Əbul-Fəzl Abbasa xeymələrdəki uşaqlara Fəratdan su gətirməyi tapşırır.

Məhz belə bir gündə Yezid ibni Müaviyə İraq valisinə 4 min dinar və 200 min dirhəm pul göndərdi ki, Hüseynə qarşı yığılmış 25 minlik ordunun xərcini təmin edilsin.

Lakin bütün bu xərclərə və səylərə baxmayaraq, Hüseyn yaşadı və Yezid əbədi lənət qazandı. Əbəs deyil ki, Aşura günü yaxınlaşdıqca hüseynsevərlərin qaynayan qanı biraz da coşmağa başlayır. Bu islam peyğəmbərinin hədisinə görədir. Hədisdə buyurulur ki, “Hüseynin ölümü möminlərin qəlbində elə bir şölə yandırıb ki, heç vaxt sönməyəcək. Çünki o hidayət çırağı və xilas gəmisidir.”

İmamın, “mənim kimisi Yezid kimisinə beyət etməz”, kəlamı haqdan dönməyən və zalıma boyun əyməyənlərin prinsipial dönməz və dəyişməz fikridir. Hüseyn İslam ağacını qanı ilə suladı. Bu qan o qədər xalis və saf idi ki, İslamı 1400 ildir yaşadır. Hüseyn bunu təkcə özünü deyil, bütün yaxınlarını hətta altı aylıq körpəsini qurban verməklə etdi.

O, deyirdi; “Əgər Məhəmmədin dini mənim ölümümlə davam edəcəksə, onda ey qılınclar alın məni ağuşunuza.”

Bu fikirlərin və əməlin sahibi İmam Hüseyndir. Ona görə şəhid imam hər ilin məhərrəm ayında günlərlə və İllərlə anılır. Əzadarlıq mərasimlərinə qarşı qarayaxmalara və əks təbliğata baxmayaraq, imamın məhəbbəti insanların ürəyində daha da kök salmağa və artmağa başlayır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button