ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bu gün məhərrəm ayının dördüdür, günün tarixi hadisələri

Hicri-qəməri təqvimi ilə bu gün 1444-cü ilin məhərrəm ayının dördünə təsadüf edir.

Qafqaz.ir xəbər verir ki, hicri-qəməri təqvimi ilə bu gün məhərrəm ayının dördünə təsadüf edir. Bu ay daxil olandan Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində əzadarlıq mərasimləri keçirilməyə başlayıb.

Məhərrəm ayının dördü Aşura faciəsinin tarixində mühüm məqamlarla yadda qalıb. Artıq məhərrəmin ikisindən qarşısı alındığından Kərbəla deyilən səhrada otraq etməyə məcbur qalan İmam Hüseyn ona göndərilən tələblərə cavab verir, müxtəlif şəhərlərdə olan tərəfdarlarına missiyası ilə bağlı məktublar ünvanlayırdı.

Məhz bu günlərdə İmam yenidən Kufə (İraq) camaatına məktub ünvanlayaraq, 18 min iraqlının onu bu bölgəyə dəvət etmələrilə bağlı sabiq məktublarını xatırladır.

Bu gündə Yezid ibni Müaviyənin İraq valisi Ubeydullah ibni Ziyadın hərbi koamndirlərindən biri Hürr ibn Riyahi İmam Hüseynin dayandığı əraziyə gedir və imamla görüşürək onun qarşısında tələblərini qoymağa çalışır. Lakin o bu gündə imamın əxlaqını, imanını və mövqeyini görərək tövbə edir və İmam Hüseynin cərgəsinə qoşulur.

Artıq bu günlərdə İmamın sayı yüzə çatmayan və əksəriyyəti qadın və uşaqdan ibarət olan karvanının qarşısında Ubeydulah bin Ziyadın təyin etdiyi cani Ömər Sədin azı beş minlik ordusu dururdu.

Tarixi faktlara əsasən Ömər Səd İranın Rey bölgəsinin eşqində olduğundan Ubeydullah ibni Ziyad da İmam Hüseyni “zərərsizləşdirmək” qarşılığında ona bu bölgənin valiliyini vəd etmişdi.

Məhərrəmin 3 və 4-də Kərbəlaya dörd minlik ordu ilə gələn Ömər Sədin, artıq məhərrəmin 7-ə qədər tabeliyində 20 min ordusu vardı.

Tarixçilər bildirir ki, İmam Hüseynin İraqa yollanmasının əsas səbəblərindən biri də buradan ona 18 min nəfərin imza atdığı məktublar və dəvətlər idi. Onlar imamın arxasında duracaqlarını bildirmişdilər. İmam bunu zalım Yezidə qarşı qiyama qalxmaq üçün həm də ilahi bir təklif və məsuliyyət hesab edirdi. Bundan savayı Yezidin açıq-aşkar fitnə-fəsad törətməsi imamı sakit durmağa imkan vermirdi və imam etirazını bildirməli idi. Bu və sair səbəblər cəmiyyəti ayıltmaq üçün bir qiyamın həyata keçirilməsini zəruri edirdi. Məhz buna görədir ki, zamanında həyata keçirilən Aşura qiyamı 1400 ildir tarix boyu müxtəlif haqq mübarizələrinə ilhambəxş olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button