ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Bu gün məhərrəm ayının altısıdır, günün tarixi hadisələri

 B.Samid. Hicri-qəməri təqvimi ilə bu gün 1444-cü ilin məhərrəm ayının altısıdır.

bu gün hicri-qəməri təqvimi ilə məhərrəm ayının altısına təsadüf edir. Məhərrəm ayının altısında artıq Yezid İbni Müaviyənin İraq Ordusu Kərbəla çölündə tam hazırlıq vəziyyətinə gətirilmişdi. Bəzi rəvayətlərə görə ayın ikisindən başlayaraq İmam Hüseynin adam sayı yüzə çatmayan karvanının qarşısını almaq üçün Kərbəla çölünə göndərilən qüvvələrin sayı 20 minə çatırdı.

Artıq bu gündən Yezid ibni Müaviyənin İraq valisi Ubeydullah bin Ziyaddan Fərat çayının yolunun kəsilməsi əmri verildi. Bu əmrə əsasən bir damcı olsun belə İmam Hüseynin karvanına su getməməlidir.

Belə bir gündə İmam Hüseyn qardaşı Məhəmməd Hənəfiyyəyə məktub yazaraq qiyamının mahiyyətini açıqlayır.

Məhərrəmin altıncı günündə Bəni-Əsəd qəbiləsi İmam Hüseynin yardımına gəlmək istəsələr də bölgənin mühasirəyə alınmasına görə İmam Hüseynə yardıma imkan tapa bilmirlər.

Məhərrəmlik əzadarlığının ənənələlərinə görə bu gündə İmam Hüseynin qardaşı oğlu, yəni İmam Həsənin oğlu 14 yaşlı Qasim ibni Həsən yad edilir və ölümü baldan şirin bilən o yeniyetmənin şəninə növhə və sinəzənlər deyilir.

Məhərrəm ayının digər gecələri kimi, ötən gecə də Azərbaycanın əksər məscidlərində təziyə mərasimləri keçirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button