AktualAktualArxivXəbər lentiXəbərlər

Şeyx Səfiyəddin Ərdəbilinin püstünün təqdimatı

Ərdəbil günü mərasiminin katibi demişdir: Ərdəbil əyaləti həftəsinin mərasimilə eyni vaxtda şeyx Səfiyəddin Ərdəbilinin püstünün təqdimatı da olacaqdır.

Tövhid Dilavərqəvam informasiya vasitələrinə verdiyi müsahibəsində demişdir: Ərdəbil əyalətinin həftəsinə aid mərasimdə müxtəlif proqramlar nəzərdə tutulmuşdur ki, onlardan biri də Şeyx Səfiyəddin Ərdəbilinin püstünün təqdimatıdır.

Bu mərasim gələn bazarertəsi günü kopleksin girişində ölkə və əyalət rəsmilərinin iştirakı ilə keçiriləcəkdir. Dilavərqəvam şənbə günü Ərdəbilə aid çap edilməmiş sənəd və şəkillərin tədimatının olacağını da xəbər vermiş və demişdir: dediyimiz əsərlər Xətai qaleriyasında sərgilənəcəkdir.

O, gələn bazarertəsi günü kompleksin girişində şeyx Səfiyəddin Ərdəbilinin püstünün təqdimatı olacağını xəbər verərək demişdir: Mərasimdə Ərdəbilin mədəniyyət və ictimai xadimlərinin əzizlənmə mərasimi qeyri-dövlət təşkilatları tərəfindən keçirilməyi nəzərdə tutulmuşdur ki, bu il birinci olaraq doktor Memari, Cəlayi və hacı Lətif Nəbatinin əzizlənmələri olacaqdır. O artırmışdır: həmin gün ölkənin məşhur şairlərinin iştirakı ilə şeyx Səfiyəddidn Ərdəbili kompleksində şeir məclisi də olacaqdır. Şeir mərasimində ədəbi yaradılış mərkəzinin sədri ustad Qəzvə, Azərbaycan universitetindən Şahin Fazil və türk ədəbi əsərlərinin üstün tərcüməçisi dəvət olunmuşdur.

Ərdəbil günü mərasiminin katibi ölkə və Azərbacan orkestrlərinin əməkdaşlığı ilə Çaldıran müharibəsi simfoniyasının yaradılması ilə əlaqədar demişdir: Biz bu əsərin yaradılması üçün daxildə ustad Fəxrəddini, xaricdə isə Azərbaycanın simfoniya mərkəzini nəzərdə tutmuşuq ki, beynəlxalq və milli göstəricilərə uyğun bir əsər yaranıb bazara buraxılsın.

Dilavərqəvam Şah İsmayıl və şeyx Səfiyəddin Ərdəbili haqqında çox seriyalı filmin hazırlanması haqqında demişdir: bu mövzu ümumi mədəniyyət şorası tərəfindən ciddi şəkildə izlənilir. O, müğam musiqi festivalı haqqında da bu musiqinin uzun tarixinə, Ərdıbil və Azərbaycanın muğamın inkişafıda oynadıqları rola və bu diyardan beynəlxalq səviyyəli musiqi şəxsiyyətlərinin yetişməsinə işarə edib demişdir: bizim muğam sahəsində Əli Səlimi və Nəsrüllah Saleh kimi şəxsiyyətlərimiz olubdur ki, Londondakı çıxışları ilə şöhrət qazanmışlar.

O, muğam musiqisini Azərbaycan musiqisində təyinedici hesab edərək demişdir: biz ötən illərdə muğam musiqi festivalını keçirə bilmişik. Lakin müxtəlif səbəblər üzündən davam etdirə bilməmişik. Hal bu ki, qonşu əyalətdə, şərqi Azərbaycan əyalətində bu festival davam etmişdir.

Dilavərqəvam sözlərini davam etdirərək demişdir: hamının fikrinə görə Ərdəbil misilsiz davudi səslərin beşiyidir və bundan daha çox özünü göstərə bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button