ArxivXəbər lentiXəbərlər

İqor Popov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problematikası ilə məşğul olmağa davam edir

İqor Popov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problematikası ilə məşğul olmağa davam edir

“ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmağa davam edir”.

Bunu İnterAz-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Bir müddət əvvəl ABŞ və Fransa ATƏT-in Minsk qrupundakı həmsədrlərini dəyişdiklərini elan ediblər. Rusiya XİN 2010-cu ildən həmsədr olan İqor Popovu dəyişdirməyi planlaşdırırmı?” suala cavabında M. Zaxarova ABŞ və Fransanın həmsədrlərin dəyişdirilməsi ilə bağlı qərarlarını səfirlərin rutin rotasiyası adlandırıb: “Fikrimizcə, bu, səfirlərin rutin rotasiyasıdır. Bir istiqamətdə müəyyən müddət işləyən diplomatlar digər yerlərə göndərilir. Biz bunda hər hansı siyasi əsas görmürük. O ki qaldı İqor Popovun dəyişdirilməsi ilə bağlı məsələyə, məlum olduğu kimi o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problematikası ilə məşğul olmağa davam edir”, – deyə Rusiya XİN sözçüsü qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button