AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Bu gün Həzrət Əlinin (ə) şəhadəti günüdür

 bu gün Ramazan ayının 21-i dünya şiələrinin birinci imamı Həzrət Əlinin (ə) şəhadəti günüdür.

Əhli-Beyt(ə) vurğunları dünya şiələrinin birinci imamının şəhadətinin ildönümü günündə bütün İranda qara bayraqlar dalğalandırıb, hüseyniyyələr, təkyələr, məscidlər, mənzillər və mağazaların qapılarının üstünü qaraya bürüyərək, möminlərin geniş iştirakı ilə Həzrət Əlinin (ə) şəhadəti ilə bağlı matəm saxlayıblar.  

40-cı hicri qəməri ili mübarək Ramazan ayının 19-u günü səhər tezdən xəvaric qrupundan olan İbn Mülcəm Muradi Həzrət Əli (ə) sübh namazı qılarkən öz zəhərli qılıncını o həzrətin mübarək başına endirdi.

O, həzrət zərbə aldıqdan sonra evdə yatırıldı və iki gün sonra, yəni mübarək ramazan ayının 21-ci günü şəhid oldu.

İran İslam Respublikası Teleradio Təşkilatı dünya şiələrinin 1-ci imamı Həzrət Əlinin (ə) şəhadətinin ildönümü ilə bağlı bütün müsəlmanlar və digər azadlıqsevərlərə başsağlığı verir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button