ArxivXəbər lentiXəbərlər

Azərbaycan R. Müdafiə Nazirliyi erməni mətbuatında ortaya atılan məsələlərə münasibət bildirib

Azərbaycan R. Müdafiə Nazirliyi erməni mətbuatında ortaya atılan məsələlərə münasibət bildirib.

Faktxəbər-in verdiyi məlumata görə Azərbaycan Müdafiə Nazirliyinin məbuat xidmətindən belə bildirilib:

“Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində guya erməni mülki əhaliyə xəsarət yetirilməsi barədə erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil. Canlı hərbi qüvvə və döyüş texnikası sarıdan itki verən ermənilərin bu uydurmasını qəti surətdə rədd edirik”.

Nazirlikdən erməni mətbuatının iddiaları ilə bağlı qed edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri yalnız düşmən mövqelərini, səngərlərini, hərbi məqsədli obyektləri, nəqliyyat vasitələrini və kommunukasiya xətlərini hədəfdə saxlayır: “Hər dəfə Ermənistanın hərbi-siyasi rejiminin nümayəndələrinin cəbhəyə səfərlərindən sonra bütün təmas xətti boyu gərginliyin artması müşahidə edilir və bu süni şəkildə vəziyyəti kəskinləşdirmək məqsədi daşıyır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button