ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bu gün axşamdan ermənilərin Laçından keçişi dayandırılacaq

30 avqust saat 20:00-dan ermənilər Laçın vasitəsilə gediş-gəlişi dayandıracaqlar. Bundan sonra onlar Azərbaycan tərəfin Laçından yan keçməklə çəkdiyi yeni yoldan istifadə edəcəklər. Bu barədə Qarabağ separatçılarının liderləri bildiriblər. Onlar yeni marşrutun mühafizəsi üçün Rusiya sülhməramlılarının yerləşdiyini təsdiqləyiblər.

Xatırladaq ki, yeni yolun ümumi uzunluğu 32 kilometrdir ki, bunun da 22 kilometri Azərbaycan ərazisindən keçir və bu hissə 10 gün öncə istifadəyə verilib. Lakin Ermənistan ərazisində 10 kilometrlik yol yarım ildən sonra hazır olacaq. Bu səbəbdən Azərbaycan tərəfi əlavə olaraq daha 4,7 kilometr asfalt yol çəkib. Ermənilər bu yolla Ermənistandakı mövcud torpaq yola çıxa biləcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button