ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
“Bu, Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxaracaq” – Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın və beynəlxalq ictimaiyyətin diqqətinin Ukraynada cəmlənməsinin Cənubi Qafqazda vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara biləcəyindən narahatlığını bildirib.
o, bu barədə Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında çıxışı zamanı deyib.
Paşinyan qeyd edib ki, hazırda regionda “təhlükəsizliklə bağlı çağırışlar” kəskinləşir.
“Bu, bütün dünya ictimaiyyətinin və xüsusilə də təhlükəsizlik sahəsində strateji tərəfdaş olan Rusiyanın diqqətinin Ukrayna ətrafındakı vəziyyətə yönəldiyi indiki vəziyyətlə bağlıdır”, – Paşinyan bildirib.