ArxivNardaranXəbər lentiXəbərlər

Tale Bağırzadə karsa salınıb

«Müsəlman Birliyi Hərəkatı»nın sədri, həbsdə olan ilahiyyatçı Tale Bağırzadə Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında 5 günlük cərimə kamerasına (karsa) salınıb. Bu onun Məhərrəmlik ayının başlanması ilə əlaqədar xalqa müraciətindən sonra baş verib.

Bu barədə Tale Bağırzadə özü oktyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Nardaran işi» üzrə iclasda deyib. İlahiyyatçının dediyinə görə, təcridxanada təzyiqlərə məruz qalır və ona açıq şəkildə bildirilir ki, bütün bunlar onun çıxışlarına görədir.

Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, bu məsələnin məhkəməyə aidiyyəti yoxdur./azadlıq/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button