ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Britaniyanın İrandakı səfiri XİN-ə çağırıldı

Böyük Britaniyada prezident seçkilərində səs verərkən iranlıların yaşadığı problemlərlə əlaqədar olaraq İngiltərənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə bu gün “Fars” agentliyi məlumat verib.  İran tərəfinin verdiyi məlumata əsasən, Böyük Britaniyadakı bir sıra seçki məntəqələrində səsverməni pozmağa cəhd göstərilib, seçicilərə və İran hakimiyyəti nümayəndələrinə qarşı təhqirlər səsləndirilib və seçkilərə gələn İslam respublikası vətəndaşlarının döyülməsi qeyd edilib.

Xatırladaq ki, İran tarixində 13-cü prezident seçkiləri ötən gün təşkil edilib. Londonda onlarla insanın iştirak etdiyi seçki məntəqələri yaxınlığında etiraz aksiyaları təşkil edilib. Bundan əlavə, İran müxalifətinin nümayəndələri İngiltərənin paytaxtındakı seçki məntəqələrindən birinə hücum etməyə çalışıblar.

Hücumlar yerli sakinlərin kameralarına düşüb.

 İlkin nəticələrə görə, Ali Məhkəmənin sabiq rəhbəri İbrahim Rəisi seçkilərdə 17,8 milyon səslə qələbə qazanıb. Seçkilərə 28,6 milyon insan qatılıb. Ən yaxın rəqib Möhsin Rezaiyiyə, təxminən 3 milyon  300 min insan səs verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button